Tbilisi prospektindəki yolun yenidənqurmadan sonra açılışı olub
Tbilisi prospektinin Salamzadə və Ş.Mehtiyev küçələrilə kəsişmələri arasındakı yolun yenidənqurmadan sonra açılışı olub. Bu barədəTrend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəriPünhan Mürsəliyevbildirib. O deyib ki, artıq həmin ərazidəki beton maneələr götürülüb və maşınların sərbəst hərəkəti təmin edilib. Qeyd edək ki, yenidənqurmadan sonra sözügedən yolda yeni dönmə əməliyyatı da yaradılıb.