Sürücülük hüququ olmayan narkotik aludəçisi sükan arxasında tutuldu - VİDEO

Sürücülük hüququ olmayan narkotik aludəçisi sükan arxasında tutuldu - VİDEO
SOSİAL
11:27 05.06.2026
199
Abşeron rayon sakini Fərid Muradov idarə etdiyi "BMW” markalı avtomobillə manevr etmə qaydalarını pozduğu üçün Ekoloji Nəzarət üzrə YPX Bölüyünün əməkdaşları tərəfindən saxlanılıb.
 
AZXEBER.COM xəbər verir ki, araşdırma zamanı F.Muradovun sürücülük hüququnun olmaması müəyyən edilib.

Ünsiyyət zamanı hərəkətləri şübhə doğuran F.Muradov tibbi müayinəyə də cəlb olunub və onun narkotik maddə qəbul etməsi üzə çıxıb. Barəsində müvafiq protokollar tərtib edilərək məhkəməyə göndərilən F.Muradov 15 gün müddətinə inzibati qaydada həbs olunub.

Baş Dövlət Yol Polisi İdarəsi narkotik vasitələrin təsiri altında sükan arxasına əyləşərək digər hərəkət iştirakçılarının həyatına təhlükə yaradan şəxslərdən hüquqazidd əməllərə son qoymağı tələb edir və bu kimi hallara qarşı daha kəsərli tədbirlərin görüləcəyini bildirir.

OXŞAR XƏBƏRLƏR