Sürücülük vəsiqəsi almaq istəyən əcnəbilərə güzəştlər ediləcək

Sürücülük vəsiqəsi almaq istəyən əcnəbilərə güzəştlər ediləcək
Bütün Xəbərlər
12:03 02.10.2013
668

“Yol hərəkəti haqqında” qanunun 35-ci maddəsinə dəyişikliklər gözlənilir.

Azərbaycanda sürücülük vəsiqəsi almaq istəyən əcnəbilərə təqdim edəcəkləri sənədlərlə bağlı güzəştlər olunur. Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı “Yol hərəkəti haqqında” qanunun 35-ci maddəsinə dəyişikliklər təklif olunur. Dəyişiklik layihəsinə əsasən, sürücülük vəsiqəsi almaq istəyən əcnəbilər ölkədə əcnəbinin qeydiyyata alınması haqqında vəsiqə deyil, şəxsiyyətini təsdiq edən istənilən sənədi təqdim edə biləcək. Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

OXŞAR XƏBƏRLƏR