xari

Süründürməçi hakimlər cəzalandırıldı: birinin fəaliyyətinə xitam verildi

SOSİAL
23:17 14.11.2019
15954
Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.

AZXEBER.COM-un məlumatına görə, iclasda çıxış edən Şuranın sədri, ədliyyə naziri Fikrət Məmmədov dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin davamlı sosial-iqtisadi tərəqqisini, ictimai həyatın bütün sahələrində əldə olunan genişmiqyaslı uğurları qeyd edib, "Məhkəmə-hüquq sahəsində islahatların dərinləşdirilməsi haqqında” 03.04.2019-cu il tarixli Fərmanın məhkəmə fəaliyyətinin müasir çağırışlara uyğun qurulmasında müstəsna rolunu vurğulayıb.

Qeyd edilib ki, Fərmanın icrası çərçivəsində 40-dək mühüm normativ aktın layihəsi hazırlanıb, məhkəmə fəaliyyətinin təkmilləşməsinə, hakimlərin müstəqilliyinin möhkəmlənməsinə yönələn bir sıra qanunlar artıq qəbul edilib, digər tədbirlər görülüb. Sahibkarlıq fəaliyyəti ilə bağlı mübahisələrə daha dərin hüquqi bilik və təcrübəsi olan hakimlər tərəfindən və çevik baxılmasını təmin etmək məqsədilə yeni ixtisaslaşmış məhkəmələr təsbit olunub.

Ölkə Prezidentinin 19 iyul 2019-cu il tarixli Sərəncamı ilə mövcud inzibati-iqtisadi məhkəmələr ləğv edilməklə Naxçıvan Muxtar Respublikasında, Bakı, Gəncə, Sumqayıt, Şirvan və Şəkidə yeni Kommersiya və ayrıca İnzibati məhkəmələr yaradılıb. 2020-ci ilin yanvar ayının 1-dən fəaliyyətə başlayacaq həmin məhkəmələrin müvafiq bina, avadanlıq, digər təşkilati-texniki vasitələrlə təmin edilməsi, məhkəmə aparatlarının formalaşdırılması üzrə tədbirlər görülür.

Şurada qanunvericiliyin kobudcasına pozulmasına, süründürməçilik və digər neqativ hallara yol verdiklərinə görə 4 hakimə töhmət verilib, Etik Davranış Kodeksinin tələblərinin pozulmasına və hakim adına ləkə gətirən hərəkətlərə yol verdiyinə görə Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Ramil Həsənovun hakimlik səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib, 2 hakim barədə intizam icraatları başlanılıb.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

23:41 15.01.2021

BMT-nin baş katibi və sədri peyvənd olacaq

23:25 15.01.2021

Tanınmış aparıcı Mikayılın verilişi bağlandı, özü isə…

22:53 15.01.2021

Faiq Ağayev "Sən qalibsən” mahnısının klipini təqdim etdi - VİDEO

22:35 15.01.2021

Belçikada itkin düşən azərbaycanlı müəllimin meyiti tapıldı - FOTO

22:23 15.01.2021

Vilayət Eyvazovdan yeni TƏYİNAT

21:54 15.01.2021

Qənirə Paşayeva “Qarabağ” Ordenli şəhid mayorun xanımı ilə görüşüb

21:28 15.01.2021

Azərbaycan XİN:"Ermənistan beynəlxalq məhkəmələr qarşısında cavab verməlidir"

20:56 15.01.2021

İqtisadi Şuranın növbəti iclası keçirilib

20:29 15.01.2021

Prezident: Əminəm ki, Polad gəlib atasının evini bərpa edəcəkdir – VİDEO

20:07 15.01.2021

BMT: Dünya pandemiyadan əvvəlki vəziyyətə qayıtmayacaq

19:49 15.01.2021

İlham Əliyev: “Azərbaycan xalqı əsrlərboyu azadlıq, müstəqillik eşqi ilə yaşayıb”

19:32 15.01.2021

İlham Əliyev, Mehriban Əliyeva və qızları yenidən Cıdır düzündə olublar - FOTOLAR

19:30 15.01.2021

İlham Əliyev: "Dünən gecə Şuşada qalmağa qərar verdik"

19:18 15.01.2021

Prezident Cıdır düzündə paxlava ilə çay içib: "Dostlarımız sevinsin, düşmənlərin gözü kor olsun!"

19:04 15.01.2021

“Azəriqaz”: Heç bir abonentə sərfiyyatdan artıq borc yazılmır

18:43 15.01.2021

Ceyhun Bayramovun finlandiyalı həmkarı ilə telefon danışığı olub