“Survivor” iştirakçısı koronavirusa yoluxdu

“Survivor” iştirakçısı koronavirusa yoluxdu
DÜNYA
11:08 11.05.2020
1078
Türkiyənin TV8 telekanalında yayınlanan məşhur "Survivor” yarışmasının iştirakçılarından biri olan Makbule Karabudak koronavirusa yoluxub. Türkiyə mətbuatının yazdığına görə, Makbule özünü çox narahat hiss etdiyi üçün analiz verib və onda koronavirus testi pozitiv çıxıb.

Makbule sosial şəbəkədə hazırda vəziyyətinin yaxşı olduğunu bildirib: "Həm "Survivor” iştirakçısı, həm də tibb bacısı kimi yaşadıqlarımı bölüşmək istədim. Bu gün olduğu kimi, sabah da işimin başında olacam. Sizlər də bizim üçün evdə qalın”.

Xatırladaq ki, Makbule Karabudak yarışmanın ilk həftəsində adanı tərk etmişdi.
 
///musavat.com
OXŞAR XƏBƏRLƏR