"Survivor"un 4-cü bölümünün anonsunda Acun Ilıcalının Dominikan polisinin Survivorda əməliyyat keçirdiyini deməsi gündəmə bomba kimi düşmüsdü.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, Acun Ilıcalı Survivorun yeni bölümündə baş verənlərin pərdəarxası ilə bağlı açıqlama verib.
Ilıcalı, "Seda hava limanında atasına mesaj yazmaq üçün bir qadından "məni qaçırırlar" deyərək telefon istəyib. Daha sonra insan alveri ilə bağlı Acun Medyaya qarşı əməliyyat keçirilib" deyə bildirib.
Ilıcalı Seda adlı iştirakçının, iki ölkənin polisini məşqul etdiyinə görə cəzalanacağını deyib:
"O, iki ölkənin polis idarələrini arşı-qarşıya qoyub. Bu hərəkət hər şeyi təhlükə altına salan son dərəcə mənasız bir addım idi. Cəzalandırılan Seda Aktuğlu 5 mükafatdan yararlana bilməyəcək”.
Aysel