Şuşa 20 il sonra - FOTOLAR

Şuşa 20 il sonra - FOTOLAR
Bütün Xəbərlər
01:53 08.05.2012
20898

Azərbaycanın Şuşa şəhərinin işğalından 20 il ötür. 8 may 1992-ci ildə Şuşa Ermənistan hərbi birləşmələri tərəfindən işğal olunub. AZXEBER.COM-un məlumatına görə, 1992-ci il mayın 8-nə keçən gecə erməni birləşmələri Şuşa şəhərinin işğalı ilə bağlı əməliyyat keçirib. Şəhərin intensiv artilleriya zərbələrinə tutulması səhər saat 6-ya kimi davam edib. Bundan sonra düşmənin 1000-ə yaxın əsgəri üç tərəfdən Şuşaya hücum çəkib. Hücum Rusiyanın öncədən ermənilərə verdiyi 366-cı alayın 40 zirehli texnikasının dəstəyilə həyata keçirilib. Erməni mənbələrinin məlumatına görə, şəhərin işğalı əməliyyatını keçmiş sovet polkovniki Arkadi Ter-Tatevosyan hazırlayıb. O, əvvəllər Dağlıq Qarabağda erməni qüvvələrinə komandanlıq edib. Ermənilər Şuşadakı gözlənilməzlik və təşkilatsızlıq amilindən istifadə edərək çaxnaşma yaradıblar və müdafiənin təşkilinə mane olublar. Bununla belə, küçə döyüşləri xeyli davam edib. Lakin möhkəmlənməyən özünümüdafiə qüvvələri və nizami ordu şəhəri tərk edib. Rusiya xüsusi bölmələrinin, əsasən Laqodexidə (Gürcüstan) yerləşən xüsusi təyinatlı əsgərlərin ermənilərin tərəfində döyüşdüyünü sübut edən faktlar var. Qeyd etmək lazımdır ki, Şuşaya hücumdan bir neçə saat öncə Tehranda İran prezidentinin vasitəçiliyilə Ermənistan və Azərbaycan dövlət başçıları Qarabağ münaqişəsinin dinc yolla həllinə dair saziş imzalamışdı. Şuşanın işğalı zamanı 200 nəfər şəhid olub, 150 nəfər əlil olub, 552 körpə yetim qalıb, 22 minə yaxın insan qaçqın düşüb, 200 tarixi abidə, 2 sanatoriya, görkəmli sənət adamlarının ev muzeyləri, 70 yerlik turist bazası,1200 yerlik internat və s. dağıdılıb. Bu siyahıya Xan mağarası, Qaxal mağarası, Şuşa qalası da olmaqla bütövlükdə 279 dini, tarixi və mədəni abidə daxildir. Ermənilər Azərbaycana məxsus olan bir çox abidənin məhv edilməsinə və ya onların erməniləşdirilməsinə nail olublar. Onlar Şuşada 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, 8 mədəniyyət evini, 14 klubu, 20 kitabxananı, 2 kinoteatrı, 3 muzeyi, Şərq musiqi alətləri fabrikini dağıdıblar. Ümumilikdə 1992-ci il mayın 8-də Ermənistan silahlı qüvvələrinin Şuşanı işğal etməsi nəticəsində Azərbaycanın 289 kvadrat kilometr ərazisi ermənilərin nəzarətinə keçib.

Laçın-Şuşa yolundakı "Qoşa yal" deyilən yer.

Şuşaya giriş. Ermənilər şəhərin adını bildirən lövhəni erməni və ingilis dillərində yazıblar.

Şəhərdən ümumi görüntü.

Şuşa qalası.

Şuşa qalasının digər yandan görünüşü.

Şuşa qalasının ərazisi.

Şuşa qalasından baxanda uzaqda Xankəndi şəhəri görünür, lap ovuc içi kimi.

Məşhur Cıdır düzü...

Şuşadakı bu məktəbdə bir vaxtlar azərbaycanlı uşaqlar oxuyurdu, indi onu erməniləşdiriblər.

Ermənilər Doğum evindən də istifadə etməkdədirlər.

Daşaltı dərəsi, Qar-qar çayı.

Qar-qar çayının üzərindəki qədim körpü.

Şuşa təbiətinin əsrarəngiz gözəlliyi.

Şuşadan Xankəndinə gedən dolanbac yollar.

Yuxarıda Şuşa türməsi görünür.

Ermənilərin Şuşadakı "Şuşa" mehmanxanası.

Minarələri dağıdılmış "Gövhər ağa" məscidi.

Şəhərin xarabalığa çevrilən köhnə bazarı.

Məşhur xanəndə Cabbar Qaryağdıoğlunun dağıdılan evi.

Şəhərdən başqa bir ümumi görüntü.

Darvazanın üstünə yazılan sözdən belə məlum olur ki, ev hansısa erməni tərəfindən özününküləşdirilib.

Meydan küçəsi işğaldan sonra.

Aşağıda Şuşanın Zarıslı kəndindəki daşı-daş üstündə qalmayan evinin qalıqları görünür.

Yuxarıdan baxanda Şuşanın Daşaltı kəndi görünür.

Şəhərdəki Saatlı məscidi.

Eşşəklə yük daşıyan erməni.

Yandırılan Karvansara.

Mərkəzi küçə.

Şuşaya duman gəlib.

Erməni dığalarının gəzintisi.

"Turş su" mineral su qalereyası.

Xarabalığa dönən bina.

Musiqi məktəbinin binası.

Mağaza binası.

Yadellilər Şuşanı gəzirlər...

Bəzi binalarda yaşayış var.

Bura da Şuşadır...

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
14:08 15.08.2025
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
TƏBİB-dən Beyləqanda qızdırmadan ölən azyaşlı ilə bağlı AÇIQLAMA
14:05 15.08.2025
TƏBİB-dən Beyləqanda qızdırmadan ölən azyaşlı ilə bağlı AÇIQLAMA
Canlı yayımda dəhşətli anlar: Hamının gözü qarşısında başından güllələndi
14:03 15.08.2025
Canlı yayımda dəhşətli anlar: Hamının gözü qarşısında başından güllələndi
Zaur Mikayılov  Tovuz rayonunda vətəndaşlarla görüşüb
13:52 15.08.2025
Zaur Mikayılov Tovuz rayonunda vətəndaşlarla görüşüb
Çətənə bitkilərinin gizli yetişdirilməsi üçün istifadə edilən narkotunel aşkarlandı
13:46 15.08.2025
Çətənə bitkilərinin gizli yetişdirilməsi üçün istifadə edilən narkotunel aşkarlandı
Vaşinqton görüşü niyə İranı qorxuya salıb? - Deputatdan AÇIQLAMA
13:38 15.08.2025
Vaşinqton görüşü niyə İranı qorxuya salıb? - Deputatdan AÇIQLAMA
Tramp-Putin görüşü uğursuzluqla nəticələnəcək? - Lavrovdan görüş öncəsi açıqlama
13:30 15.08.2025
Tramp-Putin görüşü uğursuzluqla nəticələnəcək? - Lavrovdan görüş öncəsi açıqlama
Qurban Məmmədov və Tural Sadıqlı barəsindəki cinayət işi üzrə istintaq başa çatdı
13:23 15.08.2025
Qurban Məmmədov və Tural Sadıqlı barəsindəki cinayət işi üzrə istintaq başa çatdı
Böyük Britaniyalı nazirdən Qəzzaya təcili yardım ÇAĞIRIŞI
13:20 15.08.2025
Böyük Britaniyalı nazirdən Qəzzaya təcili yardım ÇAĞIRIŞI
Tarixdə bu gün - 15 avqust nə günüdür?
13:16 15.08.2025
Tarixdə bu gün - 15 avqust nə günüdür?
Azərbaycanda fabrikdə faciə - Lift qırıldı, xəsarət alan var
13:05 15.08.2025
Azərbaycanda fabrikdə faciə - Lift qırıldı, xəsarət alan var
Azərbaycanda “WhatsApp” və “Telegram” zəngləri məhdudlaşdırıla bilər? - AÇIQLAMA
13:01 15.08.2025
Azərbaycanda “WhatsApp” və “Telegram” zəngləri məhdudlaşdırıla bilər? - AÇIQLAMA
Lavrov Alyaskaya “СССР” yazılmış geyimlə gəldi - VİDEO
12:53 15.08.2025
Lavrov Alyaskaya “СССР” yazılmış geyimlə gəldi - VİDEO
Sabah yağış yağacaq
12:43 15.08.2025
Sabah yağış yağacaq
Hindistanda daşqınlar nəticəsində ölənlərin sayı 60 nəfərə çatıb
12:26 15.08.2025
Hindistanda daşqınlar nəticəsində ölənlərin sayı 60 nəfərə çatıb
"Oleq Bakinski" və onunla birgə ittiham olunan şəxslə bağlı apellyasiya protesti verilib
12:10 15.08.2025
"Oleq Bakinski" və onunla birgə ittiham olunan şəxslə bağlı apellyasiya protesti verilib