“Şuşa bomboşdur, cənub tərəfdə ağır döyüşlər gedir...” - ERMƏNİ JURNALİST YAZIR

“Şuşa bomboşdur, cənub tərəfdə ağır döyüşlər gedir...” -  ERMƏNİ JURNALİST YAZIR
SOSİAL
10:28 04.04.2016
5270
Azərbaycan ordusunun aprelin 2-dən başlayaraq təmas xəttinin Ağdərə-Tərtər, Ağdam-Xocavənd və Füzuli istiqamətlərində düşmənə endirdiyi zərbələr, təmas xəttini yarması işğal altındakı ərazilərimizdə məskunlaşmış ermənilər arasında əsl panika yaradıb.
Bu qənaət heç də Azərbaycan mənbələri tərəfindən yayılan və bir çoxlarının təbliğat sayıb ötəri nəzər saldığı informasiyalara əsaslanmır. Ermənilərin özlərinin yaydıqları məlumatlar məhz belə deməyə əsas verir. Özü də həmin məlumatlar sosial şəbəkələrdə deyil, aparıcı Rusiya KİV-lərinin səhifələrində yer alır.
"Komsomolskaya Pravda” qəzeti əslən Qarabağdan olan erməni jurnalist Şaqen Nazaryandan hazırda işğal altında olan Azərbaycan ərazilərində nə baş verdiyi haqda soruşub. Şaqen Nazaryanın dediklərindən: "Mən özüm hazırda Rusiyadayam, ancaq nütün qohumlarım, o cümlədən anam Dağlıq Qarabağdadır. Bu gün, bazar günü onunla danışmışam, deyir ki, kişi əhalisi arasında səfərbərlik gedir. Şuşa şəhəri bomboşdur, hamı evlərə sığınıb. Cənub istiqamətdə-Hadrut tərəfdə isə hələ də şiddətli döyüşlər gedir. Orada mənim əmim oğlanları və bacım yaşayır, anam onlar oradan çıxarıb Şuşaya aparmağa çalışır. Əgər situasiya dəyişməsə ola bilsin uşaqları dəhlizlə İrəvan tərəfə çıxarsınlar. Stepanakertdə (Xankəndi.-red) isə hələlik sakitlikdir. Dünəndən əhalidən yaralılar üçün qan yığırlar, rezervistləri toplayırlar. Şuşa şəhərində həyat isə demək olar ki, ölüb. İnsanlar küçəyə çıxmır, ancaq heç kimi evakusiya etmirlər. Şuşa Stepanakertdən 10 kilometr məsafədədir. Şuşasız Qarabağdan Ermənistana yol olmazdı”.
Erməni jurnalistin dediyinə görə Qarabağda erməniləri səfərbərliyə alırlar, ancaq hələlik silahlandırmırlar: "Könüllülərə gəldikdə isə dayım deyir ki, Ermənistandan və Qarabağın özündən könüllülər var. Ancaq başqa tanışımın dediyinə görə Rusiyadan və Avropadan da 350 erməni könüllü İrəvana getmək üzrədir”.
Rusiyanın "Sputnik” beynəlxalq xəbər agentliyinin Ermənistan versiyasının müxbirləri isə hazırda Ağdərə şəhərində hökm sürən vəziyyət barədə öz reportajlarında bəhs ediblər. Reportajda deyilir ki, Ağdərə şəhəri Azərbaycan artilleriyasının zərbələri altındadır. "Şəhər tamamilə boşdur, insanların bir çoxu Stepanakertə üz tutub. Qalanlar isə sığınacaqlardadır. Şəhərin küçələrində heç bir hərbi texnika gözə dəymir. Ancaq Stepanakertə gedən yolda çoxlu mülki maşınlar gözə dəyir”-reportajda bildirilir.
Bundan əvvəl sosial şəbəkələrdə yayılan məlumatlardan məlum olurdu ki, erməni hərbçiləri işğal altındakı ərazilərdən kütləvi şəkildə qaçan mülki şəxsləri dayandırmağa çalışır. Dağlıq Qarabağdakı qondarma rejimin "hökuməti” isə təsdiq edir ki, Ağdərənin Madaqis kəndindən sakinlər tamamilə evakuasiya olunub, Ağdərədə isə sakinlər sığınacaqlarda gizlənir... (virtualaz.org)
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bir “CNBC” və “Statista” tərəfindən “Dünyanın aparıcı fintexləri” sırasına daxil edilib
14:47 22.07.2026
Bir “CNBC” və “Statista” tərəfindən “Dünyanın aparıcı fintexləri” sırasına daxil edilib
“Media Kuboku-2026" minifutbol turniri başa çatıdı - FOTOLAR
14:46 22.07.2026
“Media Kuboku-2026" minifutbol turniri başa çatıdı - FOTOLAR
“Arzum999” məhkəmədən belə çıxdı – ilk görüntülər - VİDEO
14:40 22.07.2026
“Arzum999” məhkəmədən belə çıxdı – ilk görüntülər - VİDEO
Prezidentdən Rauf Arifoğlu ilə bağlı - Sərəncam
14:35 22.07.2026
Prezidentdən Rauf Arifoğlu ilə bağlı - Sərəncam
151 illik yol: Azərbaycan mətbuatı rəqəmsal dövrdə hansı çağırışlarla üz-üzədir?
14:32 22.07.2026
151 illik yol: Azərbaycan mətbuatı rəqəmsal dövrdə hansı çağırışlarla üz-üzədir?
IV kurs tələbəsi vəfat etdi
13:58 22.07.2026
IV kurs tələbəsi vəfat etdi
17 yaşlı haker biznes hesablarını belə boşaldıb – 100 min manatdan çox ziyan
13:55 22.07.2026
17 yaşlı haker biznes hesablarını belə boşaldıb – 100 min manatdan çox ziyan
Temperatur 41 dərəcəyə yüksələcək - XƏBƏRDARLIQ
13:53 22.07.2026
Temperatur 41 dərəcəyə yüksələcək - XƏBƏRDARLIQ
Diplomsuz həkimlər, zirzəmiyə atılan döl, “TikTok” həkimləri – Özəl klinikalarda baş verən qalmaqallar
13:50 22.07.2026
Diplomsuz həkimlər, zirzəmiyə atılan döl, “TikTok” həkimləri – Özəl klinikalarda baş verən qalmaqallar
Lerikin məşhur şəlaləsini zibilliyə döndərdilər - VİDEO
13:32 22.07.2026
Lerikin məşhur şəlaləsini zibilliyə döndərdilər - VİDEO
İran: ABŞ-ın “çirkli əli” ölkəyə çatsa, bütün gücümüzlə savaşacağıq
13:30 22.07.2026
İran: ABŞ-ın “çirkli əli” ölkəyə çatsa, bütün gücümüzlə savaşacağıq
Mehdiabadda kişini başından vurub öldürdülər
13:28 22.07.2026
Mehdiabadda kişini başından vurub öldürdülər
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı oldu - FOTOLAR
13:09 22.07.2026
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı oldu - FOTOLAR
Ev dustaqlığına buraxılan Arzuma bu qadağa qoyuldu - Vəkilindən açıqlama
13:00 22.07.2026
Ev dustaqlığına buraxılan Arzuma bu qadağa qoyuldu - Vəkilindən açıqlama
Özəl klinikalarda problemlər artır – Xidmət keyfiyyəti necə qorunmalıdır?
12:56 22.07.2026
Özəl klinikalarda problemlər artır – Xidmət keyfiyyəti necə qorunmalıdır?
Sabah hava necə olacaq?
12:52 22.07.2026
Sabah hava necə olacaq?