"Şuşa əzəli Azərbaycan şəhəridir…"

"Şuşa əzəli Azərbaycan şəhəridir…"
SOSİAL
15:58 28.03.2021
622
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 16 mart 2021-ci il tarixindəki Şuşa səfəri haqqında danışmaq və yazmaq çox qürurvericidir. Şuşa Azərbaycan xalqının qədim mədəniyyət beşiyi, ecazkar memarlıq simvoludur. Əsrarəngiz təbiəti, qeyri-adi coğrafi mövqeyi və strateji əhəmiyyətinə görə Şuşa şəhəri Qarabağ bölgəsində müstəsna əhəmiyyətə malik bir məkandır, doğma Azərbaycanımızın tacıdır, milli qürur mənbəyimizdir. Şuşa deyəndə Azərbaycan təbiətinin misilsiz gözəlliyi göz önünə gəlir. 

Otuz ilə yaxın bir müddətdə Qarabağ yarası hər bir azərbaycanlının ürəyində qaysaq bağlamışdı. Nəhayət, Allaha şükürlər olsun, Qarabağ torpağı qəsbkar erməni vandallarının əsarətindən qurtuldu. Şuşanın igid Azərbaycan əsgərləri tərəfindən qeyri-adi şücaət nəticəsində azad edilməsi əməliyyatı dünya savaş tarixinə qızıl hərflərlə yazılmış qəhrəmanlıq  salnaməsidir.

Şuşanın azad edilməsi 44 günlük Vətən müharibəsində son nöqtənin qoyulmasına səbəb oldu və işğalçı Ermənistan dövlətini kapitulyasiya sənədini imzalamağa məcbur etdi. Hər bir Azərbaycan vətəndaşı kimi biz də Şuşanın azad edilməsi xəbərini böyük sevinc və qürur hissi ilə qarşıladıq. Müzəffər ordunun qalibi Ali Baş Komandan kimi cənab Prezidentin qələbədən sonra ikinci dəfə Şuşaya səfər etməsi və milli bayramımız olan Novruz bayramını öz ailəsi ilə birgə Şuşa şəhərində qeyd etməsi dünyaya bir mesajdır, simvolik xarakter daşıyır.

Səfər zamanı Prezidentin dərin məzmunlu, böyük siyasi-geopolitik əhəmiyyət daşıyan tarixi çıxışları hər birimizin qəlbində qələbə sevincinin əks-sədasını, xoş duyğularını daha da artırmış oldu. Şuşa səfərində Müzəffər ordunun başçısı kimi cənab Prezident bu tarixi qələbə ilə bağlı öz fikirlərini bildirdi. Bu fikirlərdə böyük müdriklik ifadə olunmuş, diplomatik təcrübə öz əksini tapmışdır. Mən bir pedaqoq kimi, həm də bu müqəddəs Vətən Müharibəsində yaxından iştirak etmiş bir hərbçi həkim atası kimi qürurla bu səfərin bəzi məqamlarına diqqəti çəkmək istəyirəm. 

Əvvəla, cənab Prezident Şuşada tonqal qalayaraq milli bayramımızın əsas rituallarından birini dünyaya göstərməklə sübut etdi ki, Şuşa qədim Azərbaycan şəhəridir və bu müqəddəs məkanda yüz illər boyu Azərbaycan türkü yaşamış və öz adət-ənənəsini qorumuşdur. Yəni Şuşasız və ümumiyyətlə, Qarabağsız Azərbaycanı və Azərbaycan xaqının qədim mədəniyyətini, musiqisini, memarlığını təsəvvür etmək qeyri-mümkündür.

Şuşa deyəndə hər bir azərbaycanlı müqəddəs torpaq, qədim mədəniyyət ocağı başa düşür. Şuşa Üzeyir Hacıbəyovun, Cabbar Qaryağdıoğlunun, Səməd bəy Mehmandarovun, Xan Şüşinskinin, Seyid Şuşinskinin, Bülbülün vətənidir.

Cənab Prezident Şuşa səfərində Azərbaycan xalqına məxsus bir çox dini abidələri, o cümlədən, Xocavənd rayonunun ərazisində yerləşən qədim insan məskəni olan Azıx mağarasını ziyarət etdi. Prezident bu abidələrin çoxunun xarabalığa çevrilməsini böyük ürək ağrısı ilə dünya ictimaiyyətinə çatdırdı. Prezidentin bu səfər zamanı etdiyi çıxışlar ölkə başçısının mədəniyyətin hamisi olduğunu bütün dünyaya sübut etdi. Bu tarixi səfər dünyaya Azərbaycan xalqının sülhpərvər bir xalq olduğunu və Azərbaycanın qüdrətli liderinin qeyri-adi xarizmasını yenidən isbatladı. İsbat olundu ki, Azərbaycan əsgəri mülki vətəndaşa güllə atmadı, maddi mədəniyyət abidələrini, yaşayış məntəqələrini dağıtmadı. Halbuki erməni əsgərləri yüzlərlə tarixi abidəmizi yerlə yeksan edib, yüzlərlə mülki vətəndaşımızı şəhid edib, yüzlərlə yaşayış məntəqəmizi viran qoyub.

Qarabağda bütün qədim abidələrimizi erməniləşdirməyə cəhd edən azğın xislətli düşmənin öz bədnam əməlləri ilə törətdiyi cinayətlərin misli-bərabəri yoxdur. Qarabağda dağıdılmış mədəni abidələr Azərbaycan xalqının mənəvi mirasıdır. Cənab Prezident öz tarixi və müqəddəs missiyasını yerinə yetirərək qeyd etdi ki, Qarabağda dağıdılmış bütün maddi-mədəniyyət abidələri tezliklə bərpa olunacaq. Çünki bu abidələr Azərbaycan xalqının dünya memarlığına, bir sözlə, dünya mədəniyyətinə bəxş etdiyi nadir incilərdir. 

Müzəffər ordunun müzəffər Ali Baş Komandanı cənab Prezident öz çıxışları ilə dünyaya Azərbaycan dövlətinin iqtisadi-siyasi gücünü, peşəkar ordumuzun hərbi qüdrətini bir daha nümayiş etdirmiş oldu. Biz fəxr edirik ki, Azərbaycan Pespublikasının bu cür qüdrətli dövlət xadimi, güclü siyasi lideri var.
 
Elmar Həşimov,

Binəqədi rayonu 143 nömrəli tam orta məktəbin direktoru

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Millət vəkili: Yekaterinburqdakı hadisə sistemli bir siyasətin təzahürü kimi qiymətləndirilməlidir
12:53 29.06.2025
Millət vəkili: Yekaterinburqdakı hadisə sistemli bir siyasətin təzahürü kimi qiymətləndirilməlidir
İlham Rəhimov: "Yekaterinburq hadisəsinin obyektiv araşdırılması üçün bütün imkanlarımdan istifadə edəcəyəm"
12:46 29.06.2025
İlham Rəhimov: "Yekaterinburq hadisəsinin obyektiv araşdırılması üçün bütün imkanlarımdan istifadə edəcəyəm"
"Turan Tovuz" yeni mövsümə hazırlaşmaq üçün Türkiyəyə yollanacaq
12:42 29.06.2025
"Turan Tovuz" yeni mövsümə hazırlaşmaq üçün Türkiyəyə yollanacaq
"Rusiya ölkədə kişi tapılmadığı bu vaxta əsl azərbaycanlı kişilərin qayğısına qalmalıdır" - Əli Vəliyev
12:40 29.06.2025
"Rusiya ölkədə kişi tapılmadığı bu vaxta əsl azərbaycanlı kişilərin qayğısına qalmalıdır" - Əli Vəliyev
“Bu əməliyyatlar da sığortaya salınsın, insanlar ölür” - Əməkdar artist
12:38 29.06.2025
“Bu əməliyyatlar da sığortaya salınsın, insanlar ölür” - Əməkdar artist
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb
12:34 29.06.2025
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb
Lənkəranda istirahət mərkəzin müdiri bıçaqlanıb
12:31 29.06.2025
Lənkəranda istirahət mərkəzin müdiri bıçaqlanıb
Sabah Azərbaycanın bəzi yerlərində yağış yağacaq, şimşək çaxacaq
12:29 29.06.2025
Sabah Azərbaycanın bəzi yerlərində yağış yağacaq, şimşək çaxacaq
Deputat: Rusiyada baş verən hadisə birbaşa sifarişlə həyata keçirilən prosesdir
12:26 29.06.2025
Deputat: Rusiyada baş verən hadisə birbaşa sifarişlə həyata keçirilən prosesdir
Politoloq: Azərbaycan və Rusiya arasındakı müttəfiqlik sazişinin üzərindən xətt çəkilib
12:24 29.06.2025
Politoloq: Azərbaycan və Rusiya arasındakı müttəfiqlik sazişinin üzərindən xətt çəkilib
Kolumbiyada torpaq sürüşməsində ölənlərin sayı 23 nəfərə çatıb
12:14 29.06.2025
Kolumbiyada torpaq sürüşməsində ölənlərin sayı 23 nəfərə çatıb
Azərbaycanda Rusiya ilə bağlı mədəni tədbirlər ləğv olundu
12:08 29.06.2025
Azərbaycanda Rusiya ilə bağlı mədəni tədbirlər ləğv olundu
Yekaterinburqda daha bir azərbaycanlının barəsində məhkəmə keçirilir
11:56 29.06.2025
Yekaterinburqda daha bir azərbaycanlının barəsində məhkəmə keçirilir
Rəşad Dağlının övladlarından yüksək nəticə
11:50 29.06.2025
Rəşad Dağlının övladlarından yüksək nəticə
Ukrayna Silahlı Qüvvələri pilotla birlikdə F-16-nı itirib
11:40 29.06.2025
Ukrayna Silahlı Qüvvələri pilotla birlikdə F-16-nı itirib
Yekaterinburq məhkəməsi Məzahir Səfərov barəsində həbs qətimkan tədbiri seçib
11:39 29.06.2025
Yekaterinburq məhkəməsi Məzahir Səfərov barəsində həbs qətimkan tədbiri seçib