Şuşada keçirilən qondarma andiçmə mərasimi ilə bağlı - AÇIQLAMA

Şuşada keçirilən qondarma andiçmə mərasimi ilə bağlı - AÇIQLAMA
SİYASƏT
14:11 21.05.2020
1950

Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev Azərbaycan Respublikasının işğal olunmuş Şuşa şəhərində keçiriləcək qondarma andiçmə mərasimi ilə bağlı açıqlama yayıb.

AZXEBER.COM açıqlamanı təqdim edir:

"Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri və seçilmiş nümayəndəsi olaraq Azərbaycan Respublikasının işğal olunmuş Şuşa şəhərində təşkil edilən qondarma andiçmə mərasimi ilə bağlı bildirirəm ki, bütün beynəlxalq ictimaiyyət tərəfindən rədd edilmiş "seçki” şousunun nəticələrinin heç bir hüquqi əsası yoxdur və həmin "seçki” nəticəsində hər hansı bir qurum və şəxsin legitimliyindən söhbət belə gedə bilməz.

Qondarma mərasim danışıqlar prosesini pozmağa hədəflənmiş bir təxribatdır. Ermənistan hakimiyyəti mütəmadi olaraq bu kimi təxribatçı əməllər törədir və işğal altındakı Şuşa şəhərinin bu qondarma tədbir üçün seçilməsi bunu aydın surətdə nümayiş etdirir.

Bütün bunlar azmış kimi, Ermənistanın Baş Naziri Nikol Paşinyanın Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər etməsi və danışıqlara zərər vuran bu təxribatda şəxsən iştirak etməsi Ermənistan rəhbərliyinin sülh barədə danışmasının yalnız riyakarlıq olduğunu göstərir.

Ermənistanın atdığı bu addım işğal olunmuş Azərbaycan ərazilərindən etnik təmizləməyə məruz qalmış azərbaycanlı məcburi köçkünlərə qarşı həqarətdir, münaqişənin sülh yolu ilə nizamlanması prosesinə zərbədir və 2019-cu ilin yanvar ayında Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşündə bəyan edilmiş "xalqların sülhə hazırlanması” niyyəti ilə tamamilə ziddiyyət təşkil edir.

Azərbaycan Respublikası münaqişənin ən qısa zamanda sülh yolu ilə həll olunması istiqamətində davamlı və konstruktiv addımlar atdığı, habelə Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sülh və birgəyaşayış çağırışları fonunda Ermənistanın işğal olunmuş Azərbaycan ərazilərində belə təxribatlara əl atması bizdə dərin hiddət və ikrah hissi doğurur.

Bu, Ermənistan hakimiyyətinin münaqişənin sülh yolu ilə həllində maraqlı olmadığını deməyə əsas verir və bölgədə vəziyyəti gərginləşdirməyə xidmət edir.

Bir daha qeyd edirəm ki, Ermənistan – Azərbaycan münaqişəsi işğalçı Ermənistan ordusunun Azərbaycan ərazilərindən çıxarılması, bütün azərbaycanlı məcburi köçkünlərin öz ata-baba yurdlarına ləyaqətli şəkildə geri dönməsi və  Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü çərçivəsində, Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmalarının sülh şəraitində birgə yaşayışının təmin edilməsi yolu ilə həll oluna bilər. Yalnız qeyd edilən addımlardan sonra bölgədə ədalətli və davamlı sülh təmin edilə bilər. 

Biz beynəlxalq ictimaiyyəti, xüsusən ATƏT-in Minsk Qrupunun həm-sədrlərini  Ermənistanın bu təxribatçı hərəkətinə lazımi qiymət verməyə və onu pisləməyə çağırırıq”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İdman zalında qadağan olunan əşya AÇIQLANDI
14:23 29.06.2025
İdman zalında qadağan olunan əşya AÇIQLANDI
Azərbaycanda leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
14:07 29.06.2025
Azərbaycanda leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirilib
13:52 29.06.2025
Rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirilib
Yekaterinburqda Ayaz Səfərovun məhkəməsi keçirilir
13:39 29.06.2025
Yekaterinburqda Ayaz Səfərovun məhkəməsi keçirilir
Azərbaycan dili fənni üzrə test imtahanı keçirilib
13:21 29.06.2025
Azərbaycan dili fənni üzrə test imtahanı keçirilib
Naxçıvanda qəsəbə icra nümayəndəsi qəzada ölüb - FOTO
12:59 29.06.2025
Naxçıvanda qəsəbə icra nümayəndəsi qəzada ölüb - FOTO
Millət vəkili: Yekaterinburqdakı hadisə sistemli bir siyasətin təzahürü kimi qiymətləndirilməlidir
12:53 29.06.2025
Millət vəkili: Yekaterinburqdakı hadisə sistemli bir siyasətin təzahürü kimi qiymətləndirilməlidir
İlham Rəhimov: "Yekaterinburq hadisəsinin obyektiv araşdırılması üçün bütün imkanlarımdan istifadə edəcəyəm"
12:46 29.06.2025
İlham Rəhimov: "Yekaterinburq hadisəsinin obyektiv araşdırılması üçün bütün imkanlarımdan istifadə edəcəyəm"
"Turan Tovuz" yeni mövsümə hazırlaşmaq üçün Türkiyəyə yollanacaq
12:42 29.06.2025
"Turan Tovuz" yeni mövsümə hazırlaşmaq üçün Türkiyəyə yollanacaq
"Rusiya ölkədə kişi tapılmadığı bu vaxta əsl azərbaycanlı kişilərin qayğısına qalmalıdır" - Əli Vəliyev
12:40 29.06.2025
"Rusiya ölkədə kişi tapılmadığı bu vaxta əsl azərbaycanlı kişilərin qayğısına qalmalıdır" - Əli Vəliyev
“Bu əməliyyatlar da sığortaya salınsın, insanlar ölür” - Əməkdar artist
12:38 29.06.2025
“Bu əməliyyatlar da sığortaya salınsın, insanlar ölür” - Əməkdar artist
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb
12:34 29.06.2025
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb
Lənkəranda istirahət mərkəzin müdiri bıçaqlanıb
12:31 29.06.2025
Lənkəranda istirahət mərkəzin müdiri bıçaqlanıb
Sabah Azərbaycanın bəzi yerlərində yağış yağacaq, şimşək çaxacaq
12:29 29.06.2025
Sabah Azərbaycanın bəzi yerlərində yağış yağacaq, şimşək çaxacaq
Deputat: Rusiyada baş verən hadisə birbaşa sifarişlə həyata keçirilən prosesdir
12:26 29.06.2025
Deputat: Rusiyada baş verən hadisə birbaşa sifarişlə həyata keçirilən prosesdir
Politoloq: Azərbaycan və Rusiya arasındakı müttəfiqlik sazişinin üzərindən xətt çəkilib
12:24 29.06.2025
Politoloq: Azərbaycan və Rusiya arasındakı müttəfiqlik sazişinin üzərindən xətt çəkilib