Azərbaycan prezidenti İlham Əliyev Şuşa şəhərinin Ermənistanın Silahlı Qüvvələri tərəfindən işğalının 20-ci ildönümü haqqında sərəncam imzalayıb.
AZXEBER.COM-un prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, sərəncama əsasən, Azərbaycanda və ölkənin hüdudlarından kənarda Şuşa şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalının 20-ci ildönümü ilə əlaqədar müvafiq anma mərasimlər keçirilməsi nəzərdə tutulub.