Körpənin vəziyyəti orta ağırdır
Sentyabr ayının 8-də Xəzər rayonunda bədbəxt hadisə baş verib.
AZXEBER.COM Vesti.Az-a istinadən xəbər verir ki, Xəzər rayon Polis İdarəsində bildiriblər ki, Şüvələn qəsəbəsində 02.30 radələrində bir yaşlı Teymurova Yağmur Nicat qızı naməlum şəraitdə üstünə qaynar su tökülərək yanıb. Körpə 5 saylı Bakı şəhər xəstəxanasına yatırılıb, onun vəziyyəti orta ağırdır.
Hal-hazırda istintaq bədbəxt hadisənin baş vermə səbəblərini araşdırır.