Söyüşə görə qonşusunu öldürdü

Söyüşə görə qonşusunu öldürdü
Bütün Xəbərlər
10:50 10.06.2013
875

Mahafizəçi iş başında qətl törətdi

Ötən gün səhər saatlarında Bakının Qaradağ rayonunda şəxsi münaqişə zəminində mühafizəçi qətl törədilib. Qaradağ rayon Prokurorluğundan verilən məlumata görə, Səngəçal yol sahəsinin keçid növbətçisi işləyən Nazir Şahin oğlu Cabbarov işdə növbədə olarkən qonşusu İrşad Qüdrət oğlu Rzayevi bıçaqlayıb. Daha sonra Nazir Cabbarov hadisə yerinə polis çağırıb. O, ifadəsində İrşad Rzayevi söyüş üstündə öldürdüyünü bildirib. Onlar Puta qəsəbəsində qonşuluqda yaşayırlar. Faktla bağlı Cinayət Məcəlləlsinin 120.1-ci maddəsi (Qəsdən adam öldürmə) maddəsi ilə iş başlanıb.

OXŞAR XƏBƏRLƏR