Kiprdə keçirilən Apoe-Pınar Karşıyaka basketbol matçında çıxan insidentdə erməni azarkeşlərin də, əli olduğu ortaya çıxıb. Azxeber.com portalının Ermənistan mətbuatına istinadən verdiyi xəbərə görə, Erməni mətbuatı bu haqda geniş məlumatlar yayımlayıb. Belə ki, Ermənistanın “News.am” portalı “Apoe”li azarkeşlərlə birlikdə Ermənistan bayrağı ilə Türk basketbolçuların üzərinə hücum çəkiblər. Portalın verdiyi xəbərdə, Türk basketbolçularının üzərinə hücum etmək planı bir neçə gün öncə sosial şəbəkələrdə geniş şəkildə yayılıb.
Xatırladaq ki, ötən gün Kiprdə Yunan basketbol klubu “Apoe” ilə qarşılaşan İzmirin “Pınar Karşıyaka” klubunun keçirdiyi oyun zamanı insident baş verib. Apoeli azarkeşlər görüşün sonunda qaz bombaları, dəyənəklər və daşlarla türkiyəli basketbolçuların üzərinə hücum çəkiblər. Görüş meydan sahiblərinin qələbəsi ilə nəticələnib.