Türkiyə şokdadır! Prezident həbs edildi

İDMAN
10:47 03.07.2011
2117

Rüşvət iddiası çərçivəsində bu gün səhər hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən əməliyat-axtarış tədbirləri nəticəsində Əziz Yıldırım da şüphəli bilinərək yaxalanıb.

Bundan əlavə daha 30 nəfər yaxalanıb. Onların arasında "Trabzonspor"un vitse-prezidenti Nevzat Şakar, "Fənərbağça"nın idman direktoru Şekip Mosturoğlu ilə futbolçular Sərkan Çalık, Sərdar Kulbilge, Ümit Karan və daha bir neçə nəfərin olduğu bildirilir.

Əməliyyatın İstanbul və Antalyada həyata keçirildiyi bildirilir. Hətta Əziz Yıldırımın evində və "Fənərbağça"nın rəsmisi İlhan Ekşioğlunun otelində də axtarışlar aparılır.

İstanbulda təşkil olunan əməliyat çərçivəsində "Fənərbağça"nın oyunlarını keçirdiyi "Şükrü Saracoğlu" stadionunda da axtarışları aparılır. Hazırda arenanın ətrafına hüquq-mühafizə orqanlarının əməkdaşları yerləşdirilib. Stadinonun bütün qapıları bağlanılıb.

Ötən ay "Bursaspor"un prezidenti İbrahim Yazıçı da müxtəlif qanun pozuntuları səbəbi ilə həbs olunmuşdu.

/// futbolpress.az

 

OXŞAR XƏBƏRLƏR