Türkiyə-Azərbaycan biznes forumu keçiriləcək

Bütün Xəbərlər
18:08 13.04.2011
1355

 Türkiyənin Xarici İqtisadi Əlaqələr Şurasının təşkilatçılığı ilə “Swissotel” mehmanxanasında baş tutacaq foruma Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev və Türkiyənin xarici ticarət naziri Zəfər Çağlayan sədrlik edəcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu tədbirdə Azərbaycanın son illərdəki nailiyyətləri, ölkədə gedən islahatlar, xarici investisiya üçün yaradılan şərait və ölkə infrastrukturu barədə təqdimatla çıxış edəcək. Forumda ölkələrarası iqtisadi əlaqələrin inkişafı, perspektivləri vəticarət həcminin artırılması imkanları müzakirə olunacaq. 

 

OXŞAR XƏBƏRLƏR