Türkiyə Livana iki yanğın söndürmə təyyarəsi göndərir

Bütün Xəbərlər
09:58 06.12.2010
1722


Türkiyə Xarici işlər nazirliyindən verilən məlumata görə, Baş nazir Rəcəb Tayyib Ərdoğanın təlimatı ilə Livandakı meşə yanğınları səbəbilə Türk Hava Təşkilatı iki CL-215 tipi yanğın söndürmə təyyarəsini bu ölkəyə göndərəcək. Təyyarələrin, bu gün yanğın söndürmə işçiləri ilə İsraildən Livana keçmələri nəzərdə tutulur. Bu qərarın Livan Baş naziri Saad Haririnin Türkiyəyədən xahişi nəticəsində qəbul edildiyi bildirilir.Qeyd edək ki, Livanda baş verən quraqlıq səbəbiylə keçən həftə beşi böyük diametrli olan 120 yanğın baş vermişdi.

 

OXŞAR XƏBƏRLƏR