Türkiyə vətəndaşı olan etnik azərbaycanlılar - Sinan Oğan, Əli Özgündüz və Hacı Bayram Türkoğlu iyunun 12-də bu ölkədə keçirilən parlament seçkilərinin nəticələrinə görə deputat mandatı qazanıblar. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat verib.
S.Oğan Azərbaycan diasporunun görkəmli nümayəndəsidir. 1993-2000-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində dekan müavini vəzifəsində işləyib. O, həmçinin politoloq, Qafqaz üzrə ekspert kimi tanınıb.