Türkiyədə Bəxtiyar Vahabzadənin xatirəsinə şeir müsabiqəsi keçirilir

ŞOU-BİZNES
21:39 20.11.2010
2033

Azərbaycan Xaıq şairi Bəxtiyar Vahabzadənin vəfatının 2-ci ildönümü şərəfinə “İstanbul şeir akademiyası” şeir müsabiqəsi elan edir. Yarışda həvəskar və peşəkar şairlər iştirak edə bilər. Müsabiqədə 1-ci yerə 5000 lirə (2770 manat), 2-ci yerə 4000 lirə (2216 manat), 3-cü yerə isə 3000 lirə (1662 manat) mükafat veriləcək. Müsabiqəyə müraciət tarixi cari il noyabrın 15-dən 2011-ci il yanvarın 11-nə qədər davam edir. Nəticələr isə görkəmli şairin vəfat tarixi olan 13 fevral 2011-ci ildə açıqlanacaq. 

Ətraflı məlumat üçün: www.istanbulsiirakademisi.com

OXŞAR XƏBƏRLƏR