Türkiyədə mərhum aparıcı ilə bağlı şok iddialar

Türkiyədə mərhum aparıcı ilə bağlı şok iddialar
ŞOU-BİZNES
08:10 05.02.2011
1800

 

Bir sıra Türkiyə qəzetlərində ölümün baş verdiyi məkan önə çəkilir. Belə ki, Defne Joy Foster elə həmin gecə əyləncə mərkəzində tanış olduğu jurnalist Kerem Altanla onun evinə gedib. Onlar evdə araq içiblər. Bunun ardınca isə aparıcının vəziyyəti pisləşib və həyatını xilas etmək mümkün olmayıb. 

“Sabah” qəzetinin köşə yazarı Hıncal Uluçun yazısında deyilir ki, aktrisanın öldüyü yer öz evi yox, subay bir kişinin evidir: “Məni təəccübləndirən Defnenin meyitinin tapıldığı evin qarşısından canlı məlumatlar verən NTV əməkdaşının sözlərindən biri oldu: “Defne Joy Fosterin həyat yoldaşı İlker Yasin Solmaz bir az əvvəl bura gəldi. Çox üzgün görünürdü”. Həmin an baxa-baxa qaldım. O çərşənbə səhəri dünyada yerində olmağı istəmədiyim bir nəfər vardı… İlker Yasin Solmaz”.

 “Bizim zamanımızda eşqə düşərdilər”, - yazan Hıncal Uluçun sözlərinə görə, ilk tanış olduğun gecə evə, yatağa qaçmağın adı eşq deyil. Yazıda bildirilir ki, Defne Joy Fosterin ölüm səbəbi bilinmir: “Astma xəstəsiymiş. Çox sərxoş olub. Bilinən budur. Alkoqolmu? Son zamanlarda zərəri elmi araşdırmalarla mövcud olan dopinq, enerji içkilərindən istifadəmi? 10 gün ərzində Məhkəmə Tibbi Qurumu gerçəyi açıqlayacaq. Öyrənəcəyik. Amma mənim baxışım dəyişməyəcək. Defnenin ölümü tipik bir “Su qabı su yolunda sınar” hadisəsidir”. //milli.az

 

OXŞAR XƏBƏRLƏR