ATGTİ-nin mətbuat xidmətinin rəhbəri Məcid Musayevin AZXEBER.COM-a verdiyi məlumata görə, görüşdə ATGTİ-nin sədri Şahin İsmayılov, ittifaqın departament rəhbərləri və Tələbə Gənclər Təşkilatlarının (TGT) sədrləri iştirak ediriblər. ATGTİ-nin sədri Şahin İsmayılov qonaqlara ATGTİ-nin yaranma tarixi, məqsəd və fəaliyyət istiqamətləri haqqında geniş məlumat verib. ATGTİ-nin Türkiyədən olan gənclər və gənclər təşkilatları ilə qarşılıqlı əməkdaşlığı sahəsində ötən ilin dekabrında Türkiyənin gənclər və idman direktoru Yunus Akgülün ATGTİ-nin qonağı olmasını xüsusi vurğulayıb. Bildirib ki, ATGTİ Türkiyə tərəfi ilə mövcud əlaqələrin genişləndirilməsində maraqlıdır.
Türkiyə tərəfindən çıxış edən nümayəndə heyətinin rəhbəri Mustafa Cenk ATGTİ-nin fəaliyyətini çox yüksək qiymətləndirib və Azərbaycanın gənclər siyasətindən gələcəkdə Türkiyənin də istifadə edə biləcəyini dilə gətirib. Mustafa Ceng qeyd edib ki, hal-hazırda Türkiyədə tələbələrin ümumi ittifaqı mövcud deyil və bu baxımdan, ATGTİ və Türkiyə tərəfinin birgə fəaliyyəti nəticəsində Türkiyədə də tələbələrin ümumittifaqının yaradılması çox yaxşı olardı.
Görüş zamanı türkiyəli qonaqlar Azərbaycanda tələbələrin asudə vaxtı, onların maraq dairələri və fəaliyyət sahələri, beynəlxalq müstəvidə təmsil olunmaları və bu kimi məqamlarla maraqlanıblar.
Qeyd edək ki, ATGTİ son bir ildə bir çox xarici ölkələrin - Ukrayna, Moldova, Qırğızıstan, Sloveniya, Serbiya, İngiltərə, Estoniyanın tələbə və gənclər nümayəndəlikləri ilə görüşüb və beynəlxalq əlaqələrin genişləndiriləmsi istiqamətində belə görüşlər gələcəkdə də davam etdiriləcək.