Türkiyəli professor BDU-da "erməni məsələsi"ndən danışdı

GƏNCLİK
16:53 22.02.2011
2461


BDU tələbələrinə “1915-2015 illərində erməni məsələsi” mövzusunda mühazirə oxuyan türkiyəli professor, ermənilərin 1992-ci ildə Xocalıda azərbaycanlılara qarşı törətdikləri soyqırım ilə 1914-1916 illərdə Şərqi Anadoluda dinc əhaliyə qarşı erməni qətliamları arasında maraqlı parallellər aparıb. Hikmət Özdəmir Türkiyədəki hadisələrin beynəlxalq hüquq normalarının müəyyən olunmadığı bir dövrdə, Xocalı soyqırımının isə əksinə, dinc əhali ilə əlaqədar bütün hüquqların beynəlxalq sənədlərdə açıq-aydın şəkildə əks etdirildiyi bir vaxtda törədildiyinə diqqət çəkib. Türk tarixçisi erməni təşkilatlarının öz fəaliyyətlərini dörd əsas sütun – sui-qəsd, dinc əhaliyə qarşı qətliamlar, türk düşməni ilə işbirliyi və təbliğat üzərində qurduqlarını bildirib.  

Mühazirədə iştirak edən tarix fakültəsinin dekanı, professor Sani Hacıyev Azərbaycanda bu mövzu ilə baglı aparılan araşdırmalar haqqında məlumat verib. S.Hacıyev bu yaxınlarda BDU-nun nəzdində “Erməni araşdırmaları mərkəzinin” fəaliyyətə başladığını, Qafqazşünaslıq kafedrasında isə erməni dilinin tədris edildiyini qeyd edib.

Erməni yalanlarını dünyaya ifşa etməq üçün Türkiyə və Azərbaycan tarixçilərinin səylərini birləşdirməyin vacib olduğunu deyən türk politiloqu sonda tələbələri maraqlandıran suallara cavab verib.

 

OXŞAR XƏBƏRLƏR