Türkiyənin məşhur aktrisası azərbaycanlı dayəni döydü
ŞOU-BİZNES
13:11 25.04.2011
1745
AZXEBER.COM fakto.info-ya istinadən xəbər verir ki, Nurgül Yeşilçayın əsəbiləşməsinə səbəb İlahənin Türkiyədə evlənmək üçün “Esra Erolla Evlən Mənimlə” proqramında iştirak etməsi olub. Proqramda Məmməd Güməş adlı şəxslə tanış olub, nişanlanan dayə işində məsuliyyətsizlik edib.
Nurgül Yeşilçay dayəni proqramda iştirak etdiyi günlərdə oğlu Osman Nejatın qayğısına qalmamaqda günahlandırıb və əlinə aldığı vaza ilə İlahənin üstünə hücum çəkib. 5 dəqiqə sonra əsəbiləri sakitləşən aktrisa İlahədən üzr istəyib və ondan hamamdakı paltarları toplamasını istəyib.
Ancaq Nurgül Yeşilçayın qəzəbindən qorxan İlahə onun saitləşməsindən istifadə edib və otaqdan çıxaraq qaçıb. Bu hadisə oteldə baş verib.
İ.Cəbrayılova deyib ki, həmin gecə aktrisa evə sərxoş gəlib: “Məni küçə söyüşləri ilə təhqir etdi. “Sənin sevgiliyə ehtiyacı var, get onunla yat” deyib üstümə hücum çəkdi. Cavab vermədiyimi görüb daha da əsəbiləşdi. Yəqin ki cavab versəydim, oradan meyitim çıxardı. Min lirə mənə borcu vardı, həmin pulu belə almadan gecənin yarısı oteldən qaçdım”.