Təhsil Nazirliyinin binası qarşısında “Hicaba azadlıq!” şüarı ilə aksiya keçirildi

GƏNCLİK
09:06 10.12.2010
2259

 

APA-nın xəbərinə görə, aksiyada Bakı və Azərbaycanın rayonlarından olan orta məktəb şagirdlərinin və onların valideynlərinin də iştirak etdiyi bildirilib. Aksiya iştirakçıları keçmiş “Qarabağ” mehmanxanasının qarşından Təhsil Nazirliyinin binasına kimi yürüş ediblər. Aksiyada “Hicaba azadlıq!”, “Allahu-Əkbər!” şüarları səsləndirilib. İştirakçılar Təhsil Nazirliyinin rəhbərliyi ilə görüşmək tələbini irəli sürüblər. Aksiyaçılar Təhsil Nazirliyinin qarşısından keçən yolda nəqliyyatın hərəkətini məhdudlaşdırıblar.

 

OXŞAR XƏBƏRLƏR