Bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, I ixtisas qrupunun imtahanlarında 5506, III ixtisas qrupunun imtahanlarında isə 4331 məzun 0-100 bal arası nəticə göstərib: “Bu, çox aşağı göstəricidir. Onlar orta məktəbi bu il qurtarıblar və attestat alıblar. Bunlar yalnız rəqəmlərdir, mən bu rəqəmlərə heç bir şərh verməyəcəyəm”. TQDK sədri deyib ki, I ixtisas qrupunun imtahanlarının nəticəsinə əsasən, 100-200 bal toplayan abituriyentlərin sayı kifayət qədərdir. Həmin şəxslərin tam orta təhsil bazasından (11 illik) orta ixtisas məktəblərinə qəbul olunmaq şansları böyükdür.