Tələbə hüquqları üzrə ekspert Bakıdadır

GƏNCLİK
18:22 24.02.2011
2315

Birliydən AZXEBER.COM-a verilən məlumata görə, layihənin fəaliyyət planına uyğun olaraq bir neçə universitetdə “İdeal Tələbə Təşkilatı” adlı seminarların keçirilməsi planlaşdırılır. Bundan əlavə olaraq Avropa Tələbələr Birliyi tərəfindən hazırlanan “Tələbə Hüquqları Nizamnaməsi” artıq azərbaycan dilinə tərcümə edilmiş və yaxın günlərdə elektron şəkildə geniş ictimaiyyətə təqdim ediləcəkdir.

“Azərbaycanda tələbə hüquqlarının təbliği” layihəsinin mühüm fəaliyyətlərindən biri də xarici təcrübənin öyrənilməsi və azərbaycanlı tələbələrə çatdırılmasıdır. Bu fəaliyyətə uyğun olaraq Macarıstan Tələbələr Birliyinin beynəlxalq əlaqələr üzrə məsul əməkdaşı Lenart Eva ölkəmizdə səfərdədir. Xanım Lenart Evanın səfəri 23 fevral 2011-ci il tarixindən başlamışdır. Səfər çərçivəsində tələbə hüquqları sahəsi üzrə tələbə ekspert müxtəlif universitetlərdə tələbələr üçün seminarlar keçəcəkdir. Seminarlarda, əsasən, tələbə hüquqları və tələbə iştirakçılığı üzrə Macarıstan, Şərqi Avropa təcrübəsi, Avropa Tələbələr Birliyinin gördüyü işlər və Azərbaycanda edilə biləcək fəaliyyətlər müzakirə olunacaqdır.

Tələbə hüquqları üzrə fəaliyyətlərin gələcək istiqamətlərində Azərbaycan Tələbələr Birliyinin nümayəndələrinin də xarici ölkələrə səfərlər etməsi və bu sahədəki xarici təcrübəni öyrənməsi planlaşdırılır.

 

OXŞAR XƏBƏRLƏR