Tələbələr Ekologiya və Təbii Sərvətlər naziri ilə görüşəcəklər

GƏNCLİK
11:24 20.04.2011
1868

Qeyd olunan görüşdə işçi qrupunun rəhbəri Surxay Novruzov və qrupun 10 fəalı iştirak edəcək. 

Nazirlə görüşəcək tələbələr respublikamızda ekologiya sahəsinin son vəziyyəti barədə məlumat əldə edəcək, nazirliyin ekologiya sahəsində həyata keçirdiyi layihə və tədbirlərlə tanış olacaqlar. Bundan əlavə cənab nazir tələbələrin ekologiya sahəsinə aid təşəbbüslərini dinləyəcək və rəhbərlik etdiyi nazirliyin bu sahədə tələbələr və gənc mütəxəssislərlə əməkdaşlığı haqqında danışacaq.

Qeyd edək ki, ATGTİ-nin Ekologiya işçi qrupu 2011-ci il 12 aprel tarixində “Park Bulvar” Ticarət Mərkəzində “Təmiz dünya naminə” adlı ekoloji flaşmob keçirib.

 

OXŞAR XƏBƏRLƏR