Tələbələrə xoş xəbər: Dərsə silahla gedə biləcəksiz

Bütün Xəbərlər
11:48 22.02.2011
1722

Bunu nəzərdə tutan sənəd yaxın günlərdə Texasın nümayəndələr palatasının müzakirəsinə çıxarılacaq. Artıq yerli qanunvericilərin yarıdan çoxu bu təşəbbüsü dəstəkləyib. Ştatın qubernatoru Rik Perri də tələbələrin dərsə silahla getməsinə icazə verilməsini lazım bilir.

Qanun layihəsi qüvvəyə minsə, Texas ABŞ-da ali məktəblərdə tələbələrə silah gəzdirməyə icazə verən 2-ci ştat olacaq. Hazırda Yuta ştatında belə qanun qüvvədədir.

Xatırladaq ki, ABŞ-da universitetlərdə odlu silahla qətliamların törədilməsi sanki ənənə halını alıb. Qanun layihəsinin hazırlanmasında da məqsəd tələbələrin belə hücumlardan qoruna bilməsini təmin etməkdir.

OXŞAR XƏBƏRLƏR