TABİAT hərəkatına start verildi

GƏNCLİK
16:26 03.08.2021
1771

"Türkiyə Azərbaycan Birliyinin İnkişafı adına Ağacəkmə Təşəbbüsü” - TABİAT iki ölkə arasında mövcud dostluq və qardaşlıq münasibətlərinə söykənən bir hərəkatdır.

Hərəkat Türkiyə Respublikası ərazisində 28 iyul 2021-ci il tarixindən etibarən başlayan meşə yanğınlarının nəticələrinin aradan qaldırılmasına dəstək məqsədilə başladılmışdır.

Başladılmış hərəkat çərçivəsində Türkiyənin yanmış meşə zolaqlarında Azərbaycan vətəndaşlarının dəstəyi ilə TABİAT meşələri salınacaq.

Hərəkatın əsas missiyası ölkəmizin işğaldan azad edilmiş torpaqlarının hər qarışında Türkiyənin dəstəyi olduğu kimi, qardaş ölkənin yanmış meşələrinin bərpasında da Azərbaycanın dəstəyini hiss etdirməkdir.

Məlumat üçün qeyd edək ki, bugünkü məlumatlara əsasən ümumilikdə Türkiyədə 35 şəhərdə 129 yanğın hadisəsi baş verib. Yanğın zamanı kütləvi şəkildə yaşıllıqlar, saysız heyvan və canlı aləm məhv olub. İlkin hesablamalara əsasən 1 hektar ərazinin yaşıllığının bərpası üçün 2000 ağac əkilməlidir. Bir ağac üçün lazım olan məbləğ 2 AZN (10 TL) nəzərdə tutulur. (mənbə: TEMA vakfı) Qeyd edək ki, TABİAT hərəkatı çərçivəsində Azərbaycan vətəndaşlarının dəstəyi ilə salınacaq meşə zolağının ərazisi bir şəhər üçün minimum 15 hektar olaraq planlaşdırılır.

Hərəkat "Odlar Yurdu” Gənclər İctimai Birliyinin təşəbbüsü ilə 3 avqustdan etibarən başlayır və 3 ay müddətində davam edəcək. Toplanan məbləğin idarə olunması və istifadəsi şəffaf şəkildə ictimaiyyətə periodik hesabatlar şəklində təqdim ediləcək.

Hərəkata qoşulmaq, dəstək olmaq, ianə etmək və davamlı məlumat əldə etmək üçün link: https://oygib.az/tabiat/

 

#TABİAT #CanTurkiye #StrongTurkey #StrongTürkiye

OXŞAR XƏBƏRLƏR