Qırğızıstan və Tacikistan arasında təxminən 4 il əvvəl dayandırılan uçuşlar Düşənbə-Bişkek reysi ilə bərpa edilib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Qırğızıstan Hava Limanlarının mətbuat katibi Alena Xomenko sosial media hesabında Tacikistan hava yolu şirkəti Somon Air-ə məxsus Düşənbədən havaya qalxan təyyarənin Manas Beynəlxalq Hava Limanına uğurla eniş etdiyini açıqlayıb.
Qırğızıstanın paytaxtı Bişkekdə dünən Qırğızıstan prezidenti Sadır Japarovla imzalanan sərhəd sazişindən sonra Tacikistan prezidenti Emomali Rəhman martın 14-də Düşənbə-Bişkek-Düşənbə reyslərinin başlayacağını açıqlayıb.
Qeyd edək ki, Düşənbə və Bişkek arasında uçuşlar 2021-ci ilin may ayında sərhəd mübahisəsi ilə bağlı iki ölkə arasında silahlı münaqişədən sonra Qırğızıstanın Tacikistan vətəndaşlarının ölkəyə girişinə məhdudiyyətlər qoyması səbəbindən dayandırılmışdı.
Qırğızıstan hakimiyyəti 2021-ci ilin iyununda hava sərhədi də daxil olmaqla Tacikistanla sərhədi (gömrük qapılarını) rəsmən bağlayıb.
Gülay