Tacikistanda MDB ölkələrinin gənclər təşkilatlarının forumu keçirildi - FOTOLAR

Tacikistanda MDB ölkələrinin gənclər təşkilatlarının forumu keçirildi - FOTOLAR
GƏNCLİK
11:53 08.10.2024
5534
2024-cü ilin 25 Sentyabr-2 oktyabr tarixlərində Tacikistanda MDB ölkələrinin Gənclər Təşkilatlarının Beynəlxalq Forumu keçirilib. 

AZXEBER.COM xəbər verir ki, MDB-yə üzv dövlətlərin Dövlətlərarası Humanitar əməkdaşlıq Fondunun dəstəyi, Tacikistan Respublikasının İqtisadi İnkişaf və Ticarət Nazirliyi və "Gənclər Evi" İctimai Birliyinin təşkilatçılığı ilə baş tutan forumda "Dünya Azərbaycanlıları Gənclər Təşkilatı" İB-nin üzvləri və katibliyi də iştirak edib. 

Forumda ölkəmizi "Gəncliyin Sosial İqtisadi İnkişafına Yardım" İB-nin sədri Əfsələddin Ağalarov, ADU-nun Tələbə Gənclər Təşkilatının sədri Nicat Əliyev, DAGT-nin baş katibi Nəzrin Süleymanova, aktiv gənclər Fidan Hüseynova və Ayla Axundova təmsil ediblər.

Forum iştirakçıları MDB məkanında beynəlxalq əməkdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsi məsələlərini müzakirə edib, iqtisadi sahədə gənclər arasında tərəfdaşlığın inkişafı, strateji istiqamətlərin işlənib hazırlanması və həyata keçirilməsi prosesində gənc mütəxəssislərin aktiv iştirakı, yeni layihə təşəbbüsləri barədə müzakirələr aparıblar.

GSİİYİB sədri Əfsələddin Ağalarov forumun təşkilatçılığını yüksək qiymətləndirib. 

O, bu cür təşəbbüslərin MDB məkanında birliyin və sağlam tərəfdaşlığın formalaşması üçün önəmli addım olduğunu bildirib: "Bu ölkələrin bir-birində tapdığı dəyərlər, tarixə dayanan önəmli bağlılıqları var. Tacikistanda sayca 9-cu dəfə baş tutan və ənənə halını alan bu görüş qeyd etdiyimiz dəyərlərin gənclərə ötürülməsi istiqamətində önəmli rola malikdir. Azərbaycan heyəti olaraq forumda geniş məruzə ilə çıxış edərək, ölkəmizin dayanıqlı və çoxşaxəli iqtisadi inkişaf konsepsiyasını təqdim etdik. Yeni startaplar, onların iqtisadi fəallığın artımındakı rolu və Azərbaycanın bu istiqamətdəki zəngin təcrübəsi iştirakçılar tərəfindən də maraqla qarşılandı".


Qeyd edək ki,  forumda Tacikistan, Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Özbəkistandan olan gənclər təşkilatlarının  ali təhsil müəssisələrinin, dövlət orqanlarının əllidən çox nümayəndəsi iştirak edib.
 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Çin şirkəti Azərbaycana investisiya qoyuluşu imkanlarını araşdırır
16:55 07.06.2025
Çin şirkəti Azərbaycana investisiya qoyuluşu imkanlarını araşdırır
Öz hesabına varlanan ən zəngin qadınların adı AÇIQLANDI
16:27 07.06.2025
Öz hesabına varlanan ən zəngin qadınların adı AÇIQLANDI
Türkiyədən Rusiyaya gətirilmiş 20 tondan çox pomidor ölkəyə buraxılmayıb
16:17 07.06.2025
Türkiyədən Rusiyaya gətirilmiş 20 tondan çox pomidor ölkəyə buraxılmayıb
Ermənistanda keçiriləcək parlament seçkilərinin vaxtı açıqlanıb
16:03 07.06.2025
Ermənistanda keçiriləcək parlament seçkilərinin vaxtı açıqlanıb
Ceyhun Bayramov pakistanlı həmkarı ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığı müzakirə edib
15:45 07.06.2025
Ceyhun Bayramov pakistanlı həmkarı ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığı müzakirə edib
Tovuzda valideynlərin qızıl üzük hədiyyə etdiyi müəllimə töhmət verilib - RƏSMİ
15:16 07.06.2025
Tovuzda valideynlərin qızıl üzük hədiyyə etdiyi müəllimə töhmət verilib - RƏSMİ
Azərbaycan Prezidenti və Pakistanın Baş naziri arasında telefon danışığı olub
15:09 07.06.2025
Azərbaycan Prezidenti və Pakistanın Baş naziri arasında telefon danışığı olub
Helsinkidə Müdafiə Nazirliyinin binası çəhrayı rəngə boyanıb
14:50 07.06.2025
Helsinkidə Müdafiə Nazirliyinin binası çəhrayı rəngə boyanıb
Bayram günlərində avtovağzallardan daşınmış sərnişinlərin sayı AÇIQLANDI
14:33 07.06.2025
Bayram günlərində avtovağzallardan daşınmış sərnişinlərin sayı AÇIQLANDI
Dilarə Kazımova xalçaya büründü
14:15 07.06.2025
Dilarə Kazımova xalçaya büründü
Azərbaycanlı zəvvarların ilk qrupu iyunun 16-da Səudiyyə Ərəbistanından qayıdacaq
13:55 07.06.2025
Azərbaycanlı zəvvarların ilk qrupu iyunun 16-da Səudiyyə Ərəbistanından qayıdacaq
Cəlilabadda avtomobil kanala aşıb, 5 nəfər xəsarət alıb
13:46 07.06.2025
Cəlilabadda avtomobil kanala aşıb, 5 nəfər xəsarət alıb
MN Azərbaycan bayrağının NATO DTMM-də qaldırılması ilə bağlı məlumat yayıb
13:33 07.06.2025
MN Azərbaycan bayrağının NATO DTMM-də qaldırılması ilə bağlı məlumat yayıb
Sumqayıtda azyaşlı avtoqəzada ölüb
13:13 07.06.2025
Sumqayıtda azyaşlı avtoqəzada ölüb
Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
12:45 07.06.2025
Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
Yaponiya ABŞ ilə tariflər üzrə danışıqlarda irəliləyiş olduğunu bəyan edib
12:35 07.06.2025
Yaponiya ABŞ ilə tariflər üzrə danışıqlarda irəliləyiş olduğunu bəyan edib