Tahir Abbaslı diasporamızın fəaliyyətinə mənfi qiymət verir

Tahir Abbaslı diasporamızın fəaliyyətinə mənfi qiymət verir
Bütün Xəbərlər
13:21 19.01.2012
1073
Ölkəmizin xaricdə təbliğatı, maraqlarımızın təmini diasporanın gücündən birbaşa asılı ola bilir. Amma gəlin görək bizim diasporamız bu vacib məsələlərin öhdəsindən gələ bilirmi? Baş verən proseslər göstərir ki, diasporamız nəinki bu məsələlərin öhdəsindən gəlir, əksinə heç formalaşma mərhələsini arxada qoya bilməyib. Elə bu səbəbdən də erməni lobbisinin əleyhimizə gördüyü işlərin qarşısını ala bilmirik. Hətta bəzən düz-əməlli təpki belə göstərə bilmirik.Bəs bu nə ilə bağlıdır? Sualımızı cavablandıran Azərbaycan İslam Demokrat Partiyasının (AİDP) sədri Tahir Abbaslı deyir ki, diasporanın mənbəyində Ana Vətən durur: “Göllər caylardan qidalandıgı kimi, diaspora da Ana Vətəndən qidalanır, kəmiyyət və keyfiyyət baxımından dəyişir. Odur ki, Azərbaycan diasporasının arzulanan səviyyəyə gətirilməsi, əslində ölkədə yürüdülən siyasətlə üzvi surətdə baglıdır”. AİDP sədrinin fikrincə, Azərbaycan diasporasını o kəslər qura bilər ki, öz həyatlarının qayəsini, maddi-mənəvi sərvətlərini vətənin yüksəlişinə həsr etsin və bu yolda heç nələrini əsirgəməsinlər: “Bu fədakarlıq üçünsə, ilk növbədə ideoloji zəmin olmalıdır. Üstəlik can, mal-mülkün fəda edildiyi ideologiya, prinsiplər, aydın olmalı, cilalanmalı və ilk növbədə də xaricdə yaşayan soydaşlarımıza deyil, ilk növbədə Azərbaycanda yaşayanlara aşılanmalıdır. Cünki Ana Vətən hansı məfkurəyə sahibdirsə, ondan bəslənən Diaspora da gec-tez o məfkurəyə yiyələnir”. T.Abbaslının sözlərinə görə, diasporanın formalaşmasının qarşısını alan əsas faktorlardan biri də ölkə daxilindəki iqtisadi çətinliklərlə baglıdır: “Düzdür, bizim neftdən gələn gəlir çoxdur. Amma Azərbaycan hakimiyyəti bu gəliri daxildə ədalətli bölmədiyi kimi, diasporanın inkişafında da səmərəli şəkildə istifadə etmir. Bundan başqa xaricdə yaşayan imkanlı soydaşlarımızın imkanlarından diaspora quruculuğunda lazımi şəkildə istifadə olunmur. Həssas məqamlar nəzərə alınmır. İqtidarın istəklərinə uyğun gələnlərə üstünlük verilir. Bu da həqiqətən də diaspora quruculuğu üçün iş görmək istəyən insanları incik salır, bezdirir və sonda bu işdən əl çəkməyə vadar edir. Yuxarıda qeyd etdiyim daxili iqtisadi çətinlik məsələsinə gəlincə, qeyri-rəsmi statistik məlumatlara görə, ölkə əhalisinin yarısından çoxu kasıbılıq həddində yasayır. Dünyanın bir cox yerlərində aparılan sosioloji araşdırmalara görə kasıbşılıq həddində yasayan vətəndaşlarda mövcud vəziyyəti dəyişdirə bilmədiklərinə inam orta təbəqəyə nisbətən daha az olur. Bu isə vətəndaşın ictimai-siyasi proseslərdə iştirakina mənfi təsir göstərir. Cünki belə vətəndaşların psixologiyasına "vəziyyəti dəyişdirə bilmədikdən sonra göstərilən səylərə dəyməz" düşüncəsi hakim olur. Bu cür düsünən və artiq ictimai-siyasi tədbirlərə laqeydlik vərdişlərinə yiyələnən vətəndaşlardan ölkəni tərk etdikdən sonra Diaspora fəaliyyətinə qatılmaqlarını gözləmək təbii ki, sadəlövlükdən basqa bir şey deyil. Son illərin təcrübəsi də göstərir ki, sosial və siyasi problemlərdən dolayı son 20 ildə ölkəni tərk edən insanlar diaspora quruculuğunda fəal iştirak etmir”. AİDP sədrinin fikrincə diaspora quruculuğunun istədiyimiz şəkildə getməməsinin əsas səbəblərindən biri də ölkəmizin demokratikləşmə prosesini tam başa vura bilməməsidir: “Bu isə soydaşlarımızın yurdsevərlik duygularına ciddi zərbə vurur. Bəllidir ki, vətəndaşın dövlət idarəçiliyində oynadıgı rol onda vətənə sahiblik hissini formalaşdırır. Əgər siyasi prosesləri öz xeyrinə dəyişdirmə və ya ona təsir etmə imkanı məhduddursa, deməli, dövlət də səninki deyil. Sənin olmayan dövləti yüksəltmək ücün xüsusi fədakarlıq və əmək tələb edən istənilən ictimai fəaliyyətə qosulmaqsa çətin olur”.AİDP sədri qeyd edir ki, diasporamızın mütəşəkkil bir qüvvəyə çevrilməməsinin səbəblərindən biri də prosesdə iştirak edən insanların, xüsusilə də imkanlı şəxslərin inamlı olmaması, dinin bu prosesdə yer tutmaması ilə bağlıdır: “Yəhudi və erməni lobbilərinin əsas gücü dini faktordan alması hər kəsə bəllidir. Amma Azərbaycan, hətta bütövlükdə türk diasporasının bu faktordan yararlanması barədə fikir söyləmək çətindir. Ümumiyyətlə diaspora quruculugunda Türkiyədən örnəklər götürməliyik. Bir şeyidə qeyd edim ki, ümumiyyətlə Türkiyə Diasporasiyla dünyada hesablaşılır”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Avropa Parlamentinin deputatları Aİ-ni İsrailə qarşı sanksiyalar tətbiq etməyə çağırıb
21:33 29.07.2025
Avropa Parlamentinin deputatları Aİ-ni İsrailə qarşı sanksiyalar tətbiq etməyə çağırıb
Sahibə Qafarova: Bugünkü dünya daha da parçalanıb, tərəqqi isə daha da azalıb
21:26 29.07.2025
Sahibə Qafarova: Bugünkü dünya daha da parçalanıb, tərəqqi isə daha da azalıb
Sahibkarlara XƏBƏRDARLIQ – Mühasiblərin bu səhvi sizi azadlıqdan məhrum edə bilər – MÜSAHİBƏ
21:21 29.07.2025
Sahibkarlara XƏBƏRDARLIQ – Mühasiblərin bu səhvi sizi azadlıqdan məhrum edə bilər – MÜSAHİBƏ
Azərbaycanın iki güləşçisi dünya çempionatında finala yüksəlib
21:05 29.07.2025
Azərbaycanın iki güləşçisi dünya çempionatında finala yüksəlib
Çin və ABŞ arasında tarif güzəştlərinin müddəti üç ay uzadıldı
20:53 29.07.2025
Çin və ABŞ arasında tarif güzəştlərinin müddəti üç ay uzadıldı
"Turan Tovuz" yoxlama oyununda Türkiyə klubu ilə heç-heçə edib
20:40 29.07.2025
"Turan Tovuz" yoxlama oyununda Türkiyə klubu ilə heç-heçə edib
Liviya sahillərində gəmi qəzasında 18 nəfər ölüb
20:35 29.07.2025
Liviya sahillərində gəmi qəzasında 18 nəfər ölüb
Tokayev Ərdoğanla müzakirə apardı
20:22 29.07.2025
Tokayev Ərdoğanla müzakirə apardı
Şərurda 16.5 ton ot bağlaması yanıb
20:18 29.07.2025
Şərurda 16.5 ton ot bağlaması yanıb
Yevlaxda ağır yol qəzasında bir ailənin beş üzvü xəsarət alıb
20:08 29.07.2025
Yevlaxda ağır yol qəzasında bir ailənin beş üzvü xəsarət alıb
Ukraynada 60 yaşdan yuxarı şəxslərin hərbi xidmət keçməsinə icazə verildi
19:57 29.07.2025
Ukraynada 60 yaşdan yuxarı şəxslərin hərbi xidmət keçməsinə icazə verildi
Fransa yaxın günlərdə Qəzzaya humanitar yardım göndərəcək
19:36 29.07.2025
Fransa yaxın günlərdə Qəzzaya humanitar yardım göndərəcək
Tacikistan və Qırğızıstan dövlət sərhədinin demarkasiya prosesini müzakirə edib
19:09 29.07.2025
Tacikistan və Qırğızıstan dövlət sərhədinin demarkasiya prosesini müzakirə edib
Nadir Qafarzadə: “Castinin konsertinə bu qədər insanın getməsi o deməkdir ki, xalq gözəl yaşayır”
18:57 29.07.2025
Nadir Qafarzadə: “Castinin konsertinə bu qədər insanın getməsi o deməkdir ki, xalq gözəl yaşayır”
Moskva-İrəvan reysləri ləğv olundu
18:56 29.07.2025
Moskva-İrəvan reysləri ləğv olundu
"Aeroflot" iyulun 29-da "Şeremetyevo" hava limanında 53 reysi ləğv edib
18:37 29.07.2025
"Aeroflot" iyulun 29-da "Şeremetyevo" hava limanında 53 reysi ləğv edib