“Tahir Salahovun əsərləri Azərbaycan rəngkarlığının inkişafında və daha geniş miqyasda bütöv bir dövr təşkil edir”

“Tahir Salahovun əsərləri Azərbaycan rəngkarlığının inkişafında və daha geniş miqyasda bütöv bir dövr təşkil edir”
MANŞET
23:26 29.11.2018
4361
Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Xalq rəssamı Tahir Teymur oğlu Salahovu təbrik edib.

Təbrikdə deyilir:

"Hörmətli Tahir Teymur oğlu.

Bu gün Azərbaycanda əlamətdar tarix – Böyük Ustad, planetar miqyaslı rəssam, gözəl pedaqoq və ictimai xadim Tahir Salahovun yubileyi qeyd edilir.

Hörmətli Tahir Teymur oğlu, Sizi haqlı olaraq təsviri incəsənətin canlı klassiki və bütöv bir üslubun banilərindən biri hesab edirlər. Sizin əsərləriniz dünya mədəniyyəti xəzinəsinə, XX və XXI əsrlərin təsviri incəsənətinin "qızıl fondu”na daxildir. Onlar Azərbaycan rəngkarlığının inkişafında və daha geniş miqyasda bütöv bir dövr təşkil edir. Siz əsərlərinizdə altmışıncı illərin azadlıq ruhunu böyük ustad müdrikliyi ilə, təkrarolunmaz bənzərsizliyi həyatın bütün müxtəlifliyində görmək bacarığı ilə, şəksiz istedadı və ən yüksək ustalığı asanlıqla tanınan müəllif üslubu ilə heyrətamiz şəkildə birləşdirməyə nail olmusunuz. Bu, həqiqətən əsrlər boyu yaşamağa qabil olan əsl sənətdir.

Hörmətli Tahir Teymur oğlu.

Ola bilsin, bunu deyənlər haqlıdır ki, həqiqi sənətkar yaşadığı dünyanı sevməlidir. Sizin yaradıcılıq dünyanız parlaq və rəngarəngdir. Onun fərqləndirici cəhəti doğma ölkənizə – Azərbaycana həqiqi, səmimi vətənpərvərlik, dərin və ülvi sevgidir.

Siz həm çoxsaylı həmvətənlərimiz, həm də dünya yaradıcı ziyalılarının nümayəndələri üçün ən yüksək insani keyfiyyətlərin nümunəsi olmusunuz və belə olaraq qalırsınız. Parlaq erudisiyanız, həssaslığınız və məsuliyyətiniz Sizə ətrafdakı insanların sevgisini və dərin hörmətini qazandırıb. Siz, hörmətli Tahir Teymur oğlu, sadəcə, böyük rəssam deyil, həm də heyrətamiz insan və gözəl müəllimsiniz. Dünya şöhrətli tanınmış ustad olmağınıza baxmayaraq, yaradıcı axtarış cəsarətini itirməmisiniz və yaradıcılıq enerjiniz əvvəlki kimi aşıb-daşır.

Hörmətli Tahir Teymur oğlu.

Yubileyiniz münasibətilə ən səmimi, ürəkdən gələn təbriklərimi qəbul edin. Sizə möhkəm cansağlığı, ailə səadəti, bizi, Sizin böyük istedadınızın pərəstişkarlarını sevindirmək üçün əmin-amanlıq və yeni zəfərlər arzulayıram.

Doğum gününüz mübarək”.

//AZƏRTAC
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
02:21 09.07.2025
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
01:15 09.07.2025
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
23:52 08.07.2025
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
23:36 08.07.2025
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
23:26 08.07.2025
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
23:16 08.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
22:58 08.07.2025
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
22:42 08.07.2025
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
Aşıq Əhliman insult keçirib
22:33 08.07.2025
Aşıq Əhliman insult keçirib
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
22:27 08.07.2025
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
22:19 08.07.2025
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
22:08 08.07.2025
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
21:54 08.07.2025
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
21:42 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
Bakıda yerləşən bağçada nöqsanlar aşkarlandı
21:30 08.07.2025
Bakıda yerləşən bağçada nöqsanlar aşkarlandı
Netanyahu Trampla yenidən görüşəcək
21:18 08.07.2025
Netanyahu Trampla yenidən görüşəcək