Bakı Metropolitenin rəisi Tağı Əhmədov“Yeni Müsavat” qəzetinə geniş müsahibə verib. Müsahibədə diqqət çəkən məqamlardan biri metroda gediş haqqının artırılması ilə bağlıdır.
Rəis bildirib ki, qiymətlərin artımı ilə bağlı Tarif Şurasına müraciət etmək onun borcuur: “Hər ay mən gediş haqqının artırılması üçün bu quruma müraciət edirəm. Çünki MDB ölkələri içində ən ucuz gediş haqqı olan metro bizdədi. 1989-cu ildən bəri bir dənə də olsun vaqon təmirə göndərə bilmirəm. Buna da səbəb maliyyə çatışmazlığıdır”.
Jurnalistin “Bildirmisiniz ki, metroda gediş haqqının bahalaşması sizlik deyil?” sualına isə Tağı Əhmədov “Mən heç vaxt elə söz deyə bilmərəm. Sadəcə olaraq, Tarif Şurasına müraciət etmək mənim borcumdur” cavabını verib.