Tağı Əhmədov son 2 ildə 2 milyon insanı metrodan qaçaq salıb
Bütün Xəbərlər
16:45 21.12.2011
2378
Cari ilin 11 ayı ərzində Bakı metropoliteninin xidmətlərindən 165,4 mln sərnişin istifadə edib. Bu 2010-cu ilin analoji dövrü üçün metronun göstəricisindən 0,7% artıqdı. Bununla belə, 2009-cu illə müqayisədə (yer altında sərnişin daşınmasının piki) metro hər ay 2,1 mln sərnişin itirib. Bu gün Bakı metropoliteni hər ay təxminən 15 mln sərnişin daşıyır. 2009-cu ildə bu göstərici 17,1 mln-a çatırdı. Doğrudur, bu zaman metroda gediş haqqı 5 qəpik (0,06 dollar) təşkil edirdi. Oktyabrın 1-dən gediş haqqı 15 qəpiyə, 2011-ci ilin dekabrın 1-dən – 20 qəpiyə qaldırıldı. Ölkə üzrə sərnişin daşımalarında metropolitenin xüsusi çəkisi 11 ay ərzində 12,2% təşkil edib.