Tağı İbrahimov Günay Musayevanın yalanını üzə çıxardı

MAQAZİN
16:38 17.08.2012
6946
Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayevanın oğlunun kirvəsinin kimliyi ilə bağlı xəbər mətbuatı silkələdi. Xəbərdə deyilirdi ki, modelin oğlunun kirvəsi tanınmış iş adamı Tağı İbrahimovun oğlu Elşən İbrahimovdur. Eyni zamanda model Günay Musayeva iddia edir ki, tanınmış ailə ilə uzun müddətdir ki, yaxın əlaqələri var. ATV-nin keçmiş prezidenti Tağı İbrahimov məsələ ilə bağlı Publika.Az-a danışıb. Tağı İbrahimovun sözlərinə görə, Günay Musayevanın adını ilk dəfədir ki, eşidir, ümumiyyətlə, belə bir adamın varlığından xəbərsizdir. Hazırda xaricdədir, mətbuata sızan xəbəri isə oxumayıb. Onun oğlu gəncdir, kiminlə və necə münasibəti olması haqda məlumatı yoxdur. Kirvəlik məsələsinə gəlincə, tamamilə yalan xəbərdir. /// publika.az

OXŞAR XƏBƏRLƏR