Tailand və Kamboca atəşkəsə razılaşıb

Tailand və Kamboca atəşkəsə razılaşıb
DÜNYA
21:44 25.07.2025
203
Malayziyanın baş naziri Ənvər İbrahim Tailand və Kambocanın sərhəddə atəşkəslə bağlı razılıq əldə etdiklərini açıqlayıb.

Bu barədə Malayziyanın "Bernama" agentliyi məlumat yayıb.

Məlumata görə, tərəflər qoşunların sərhəddən çıxarılması üçün bir müddət vaxt istəyiblər.

Tailandın Xarici İşlər Nazirliyi atəşkəs səylərinə görə Malayziyanın baş nazirinə minnətdarlığını bildirib, eyni zamanda mövcud əməliyyat vəziyyətinin nəzərə alınmasının vacibliyini vurğulayıb.
 
/Oxu.Az
OXŞAR XƏBƏRLƏR