Taksi sürücüləri aksiya keçirmək niyyətindədir

Taksi sürücüləri aksiya keçirmək niyyətindədir
Bütün Xəbərlər
11:19 16.01.2012
924

Bu gün saat 15-də paytaxt Bakıda işləyən minlərlə taksi sürücüsü öz maşınları ilə birlikdə Nəqliyyat Nazirliyinin qarşısına toplaşmağı planlaşdırır. 

AZXEBER.COM-un məlumtına görə, bu barədə musavat.coma məlumatlı mənbələr xəbər verib.

Onların sözlərinə görə, taksi sürücüləri Nəqliyyat Nazirliyinin son günlərdə həyata keçirdiyi tədbirlərə cavab olaraq bu addımı atacaqlar. Nazirliyini köhnə maşınlara taksi xidməti göstərmələrinə yasaq qoymasının minlərlə ailə başçısının çörəyi ilə oynamaq cəhdi olduğunu deyən sürücülər son dərəcə hiddətli olduqlarını gizlətmirlər.Onlar Nəqliyyat Nazirliyini öz qərarını ləğvt etməyə vadar edənə qədər mübarizə aparmaq fikrindədirlər.

OXŞAR XƏBƏRLƏR