Taksi sürücüsü Azərbaycandan 5.5 milyard manat çıxarıb - ŞOK HADİSƏ

Taksi sürücüsü Azərbaycandan 5.5 milyard manat çıxarıb - ŞOK HADİSƏ
SOSİAL
15:24 06.02.2019
5850
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət yolu ilə eldə edilmiş külli miqdarda pulu leqallaşdırmaqda təqsirləndirilən "Royalbank”ın 10 saylı filialının keçmiş direktor müavini Malik Əliyev və tanışı Rüfət Vəliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Elan olunmuş ittiham üzrə hər iki şəxs özünü təqsirli bilmədiyini deyib.

Daha sonra təqsirləndirilən R.Vəliyev sərbəst ifadə verib. O söyləyib ki, taksi sürücüsü olub, 2011-ci ildə Türkiyə vətəndaşı Əli Can adlı şəxslə tanış olub: "O, "Sədərək" Ticarət Mərkəzində yerləşən "Qlobal karqo" şirkətində işləyirdi. Əli Can bir neçə dəfə mənim maşınıma müştəri kimi əyləşib. Onu "Sədərək" Ticarət Mərkəzindən "Tarqovu"da yaşadığı evə aparıb-gətirirdim. Sonra Əli Can mənə şəxsi telefonunu verdi, ancaq onunla zəng etməyimi istədi. Həmin telefonla başqa nömrələrə zəng etmək mümkün deyildi. 2011-2015-ci illər arasında işim ondan ibrət idi ki, Əli Canın pullarını banklara aparım".

Məhkəmədə elan olunub ki, R.Vəliyev banka bir dəfəyə 6 milyon manata qədər nağd pulu aparıb, xarici şirkətlərin adına göndərib.

R.Vəliyev qeyd edib ki, həmin pulları banka tək aparmayıb, 9 şirkətin direktoru olub: "Əli Canın öz adamları da mənimlə banka gedirdi. Orada adıma olan MMC-dən pulları xarici şirkətlərə göndərirdik. Mən yalnız sənədlərə qol çəkirdim, 9 şirkəti isə tanışlarımın adına açdırdıq, mən onların direktoru olmuşam. Həmin şəxslərdən 3-ü xarici vətəndaş, biri isə digər tanışım Vüqar Osmanov idi. Vergi yoxlamalarını da mən aparırdım. Bu işlərdə Malik mənə köməklik edirdi. Əli Can mənə hazır sənədləri verirdi, mən də pulla banka aparırdım".

Hakim bildirib ki, R.Əliyevin direktoru olduğu şirkətlərin təsisçilərinin imzaları da onun özünün olub.

Sualları cavablandıran təqsirləndirilən şəxs söyləyib ki, pulların xarici şirkətlərin adına köçürülməsi üçün əvvəl "Azəriqazbank” Açıq Səhmdar Cəmiyyətinin Xətai filalının rəhbəri ilə danışıb: "Mən ona bu barədə danışdım. Sonra filial rəhbəri bankın Müşahidə Şurasının üzvü Azər Mövsümovun razılığı olduğunu bildirdi. Bank əməkdaşlarının istintaqa verdikləri ifadələri yalandır".

Məhkəmədə elan olunub ki, cinayət yolu ilə əldə edilmiş 5 milyard 551 milyon manat pulun ölkədən "Azəriqazbank"la 4 milyardı və digər məbləğlər isə Beynəlxalq Bank, həmçinin "Yunayted Kredit Bank"la köçürülüb.

R.Əliyev dindirilən zaman söyləyib ki, orta məktəbi 8-ci sinifə qədər oxuyub, ölkədən isə qaçmayıb: "2015-ci ildə Əli Can işlə bağlı xaricə getdiyini dedi. Mənə də xaricdə işləməyi təklif etdi. Sonra mən Ukraynaya getdim. Bazarda tanış azərbaycanlı bir nəfər mənim "İnterpol" vasitəsilə axtarışda olduğumu söylədi. Mən də gedib könüllü təslim oldum".

Məhkəmənin növbət iclası fevralın 13-nə təyin edilib.

İttiham aktına əsasən, "Royalbank”ın 10 saylı filialının keçmiş direktor müavini Malik Əliyev 2012-ci ilin əvvəlində Rüfət Vəliyevlə görüşərək ona cinayət yolu ilə əldə olunmuş pulların leqallaşdırılmasını təklif edib. M.Əliyev onu "AGbank”ın İdarə Heyətinin sədri Azər Mövsümovla görüşdürüb. R.Vəliyev görüşdə özünü "Provision Group”, "İmpeks+”, "Blast”, "Qalaksi A”, "Asin Co. LTD”, "Primo A” və "İTEK” MMC-lərin direktoru kimi təqdim edib. O, guya xarici iqtisadi ticarət fəaliyyəti göstərəcəklərini, külli miqdarda dövriyyələri olacağını bildirib və bunun üçün bankın filiallarının birində onlara otaq ayrılmasını istəyib. A.Mövsümov onlar üçün "AGbank”ın Xətai filialında otaq ayırıb.

M.Əliyev "Royalbank”da işlədiyi vaxtdan bəri tanıdığı Vidadi Əliyev, Ülkər Nəbiyeva və Arzu Əsgərovanı da işə cəlb edib. R.Vəliyev və istintaqa məlum olmayan şəxslərin gətirdiyi cinayət yolu ilə əldə edilmiş külli miqdarda pulları V.Əliyev sayıb, onların saxta olub-olmadığını yoxlayıb. Daha sonra həmin pullar adları qeyd olunan şirkətlərin hesablarına köçürülüb, ardıyca xarici valyutaya konversiya edilərək xarici ölkələrin banklarındakı hesablara köçürülüb. Ü.Nəbiyev və A.Əsgərova R.Vəliyevin tapşırığı ilə xarici bankların hesablaşma nömrələri və köçürüləcək məbləği komputer vasitəsilə yazaraq çap edib M.Əliyevə təqdim ediblər. R.Vəliyev isə həmin sənədləri şirkətlərin möhürü ilə təsdiqləyib, imzaladıqdan sonra icra olunması üçün M.Əliyev və V.Əliyevə təqdim edib.

Bu qayda ilə M.Əliyev "Privion Group” MMC vasitəsilə 2014-cü ilin fevral ayından 2015-ci ilin oktyabr ayına kimi 839 milyon manat, "İmpeks+” MMC vasitəsilə 2013-cü ilin noyabr ayından 2015-ci ilin oktyabr ayına kimi 778 milyon manat, "Blast” MMC vasitəsilə həmin müddət ərzində 510 milyon manat, "Qalaksi A” MMC vasitəsilə 115 milyon manat, "Asin Co. LTD” vasitəsilə 79 milyon manat, "Primo A” MMC vasitəsilə 213,5 milyon manat, "İTEK” MMC vasitəsilə 129 milyon manat pulu müxtəlif xarici valyutalara konveriya edərək xarici ölkələrdə yaradılan şirkətlərin bank hesablarına köçürüb.

Həmin şəxslər ümumilikdə cinayət yolu ilə əldə edilmiş 5 milyard 551 milyon manat pulu çirkli yolla leqallaşdırıb və ölkədən çıxarıb.

Xatırladaq ki, M.Əliyev eyni cinayət əməlinə görə, 2017-ci ildə 10 il müddətinə azadlıqdan məhrum edilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya uzun illərdir bölgədə təhlükəsizlik və sabitlik deyil, məhz zülm, etnik ayrı-seçkilik yayır - ŞƏRH
00:25 29.06.2025
Rusiya uzun illərdir bölgədə təhlükəsizlik və sabitlik deyil, məhz zülm, etnik ayrı-seçkilik yayır - ŞƏRH
Xamenei və onun Azərbaycanla müharibəsi
00:14 29.06.2025
Xamenei və onun Azərbaycanla müharibəsi
Kreml repressiyası - "Skinhed" ruhlu imperiya
23:59 28.06.2025
Kreml repressiyası - "Skinhed" ruhlu imperiya
Yekaterinburqda işgəncə görən azərbaycanlı: "Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirib, yeyib içdilər"
23:50 28.06.2025
Yekaterinburqda işgəncə görən azərbaycanlı: "Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirib, yeyib içdilər"
Hacıbəy Heydərli: Azərbaycan dövləti şimal qonşusundan fərqli olaraq hər bir vətəndaşının arxasındadır
23:34 28.06.2025
Hacıbəy Heydərli: Azərbaycan dövləti şimal qonşusundan fərqli olaraq hər bir vətəndaşının arxasındadır
Kürdəmirdə kişi həyat yoldaşını qətlə yetirib
23:27 28.06.2025
Kürdəmirdə kişi həyat yoldaşını qətlə yetirib
 Baş redaktor: “Rusiya özünün işğalçı müharibəsinə azərbaycanlıları zorla qoşulmağa məcbur edir”
23:20 28.06.2025
Baş redaktor: “Rusiya özünün işğalçı müharibəsinə azərbaycanlıları zorla qoşulmağa məcbur edir”
“Bu, çökən imperiyanın refleksidir”
23:15 28.06.2025
“Bu, çökən imperiyanın refleksidir”
Rusiyada baş verənlər Stalin repressiyalarını belə kölgədə qoyur: Şovinist siyasətin tarixi
23:11 28.06.2025
Rusiyada baş verənlər Stalin repressiyalarını belə kölgədə qoyur: Şovinist siyasətin tarixi
Overçukun Azərbaycana səfəri ləğv olundu - Yekaterinburqdakı hadisələrə görə
23:01 28.06.2025
Overçukun Azərbaycana səfəri ləğv olundu - Yekaterinburqdakı hadisələrə görə
Stiv Uitkoff yaxın günlərdə İran rəsmiləri ilə danışıqlar aparacaq
22:56 28.06.2025
Stiv Uitkoff yaxın günlərdə İran rəsmiləri ilə danışıqlar aparacaq
İsrail Livana zərbə endirib, "Hizbullah"ın bölmə komandanı öldürülüb
22:47 28.06.2025
İsrail Livana zərbə endirib, "Hizbullah"ın bölmə komandanı öldürülüb
Orban: Ukraynanın NATO-ya daxil olması III Dünya müharibəsinə gətirib çıxaracaq
22:41 28.06.2025
Orban: Ukraynanın NATO-ya daxil olması III Dünya müharibəsinə gətirib çıxaracaq
İsrail HAMAS-ın qurucularından birini zərərsizləşdirib
22:31 28.06.2025
İsrail HAMAS-ın qurucularından birini zərərsizləşdirib
Azərbaycanlıların saxlanması ilə bağlı iş xüsusi nəzarətə götürüldü
22:05 28.06.2025
Azərbaycanlıların saxlanması ilə bağlı iş xüsusi nəzarətə götürüldü
İraqda Türkiyə Ordusunun taboruna hücum olub, 10 hərbçi yaralanıb
21:50 28.06.2025
İraqda Türkiyə Ordusunun taboruna hücum olub, 10 hərbçi yaralanıb