"Taksi sürücüsü olan ərim tərəfindən fahişəliyə məcbur edildim, özü məni aparırdı"

MARAQLI
17:29 09.09.2020
8835
Türkiyənin Bursa şəhərində əxlaqsızlıq yuvasına basqın zamanı maraqlı faktların üsdü açılıb.
 
AZXEBER.COM HaberGlobal-a istinadən xəbər verir ki, Bursada aparılan əməliyyat nəticəsində 15 şübhəli tutularaq, polisə təhvil verilib.
 
Əməliyyat sonrasında qurtulan qadınlardan birinin sorğuda verdiyi cavab hər kəsi şoka salıb.
 
N.D adlı qadın 1 ildir evli olduğunu və əri tərəfindən fahişəlik etməyə zorlandığını deyib. Hətta o kişilərlə görüşə gedərkən onu həyat yoldaşının apardığını və pul qarşılığında onu satdığını bildirib.
 
Taksi sürücülüyü edən E. D dərhal polis tərəfindən saxlanılıb. İfadə verən qadınlar sırasında olan daha biri də sevgilisi tərəfindən bu işə zorlandığını deyib.
 
Anası öldükdən sonra yalnız qalan gənc qadın sevgilisi F.D tərəfindən 1 aydır ki fahişəlik etməyə məcbur edildiyini açıqlayıb. Hətta bütün pulunu da sevgilisinin götürdüyünü bildirib

OXŞAR XƏBƏRLƏR