Taksi sürücüsünü kəsici-deşici alətlə hədələdi - Saxlanıldı

Taksi sürücüsünü kəsici-deşici alətlə hədələdi - Saxlanıldı
SOSİAL
15:05 01.08.2026
145
Paytaxtın Binəqədi rayonunda talama cinayəti qeydə alınıb.

AZXEBER.COM xəbər verir ki, bu haqda DİN məlumat yayıb.

Məlumata görə, zərərçəkən idarə etdiyi "KİA” markalı avtomobildə müştəri kimi əyləşmiş naməlum şəxsin onu kəsici-deşici alətlə hədələyərək pul vəsaitini ələ keçirdiyi barədə polisə müraciət edib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlə quldurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 36 yaşlı T.Binyətov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR