Taksidən pul və bank kartları oğurladı - Saxlanıldı

Taksidən pul və bank kartları oğurladı - Saxlanıldı
SOSİAL
14:13 08.08.2026
122
Nizami rayonu ərazisində taksi fəaliyyəti ilə məşğul olan sürücülərdən birinin avtomobilindən oğurluq edilməsi barədə polisə məlumat daxil olub.

"Qafqazinfo" - ya istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 37 yaşlı Ə.Tağıyev müəyyən olunaraq saxlanılıb.

Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxs müştəri qismində əyləşdiyi taksidə sürücünün avtomobildən enməsindən istifadə edərək salondan 770 manat pul vəsaiti, mobil telefon və bank kartlarını oğurlayıb.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR