Tale Heydərov: Əlimizdən gələni edəcəyik ki, çempion olaq”.

Tale Heydərov: Əlimizdən gələni edəcəyik ki, çempion olaq”.
İDMAN
01:09 05.08.2016
1355
Xəbər verdiyimiz kimi, Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində “Qəbələ” doğma meydanında Fransanın “Lill” komandasına 1-0 hesabı ilə qalib gəldi. Bununla təmsilçimiz pley-off mərhələsinə adladı.

AZXEBER.COM-un məlumatına görə, oyundan sonra “Qəbələ”nin prezidenti Tale Heydərov da matç haqda fikirlərini bölüşüb:

““Lill” komandasına qalib gəlmək çox çətin idi. Əminəm ki, hamı üçün çox həyəcanlı gün oldu. Çox şadam ki, bu mərhələni keçdik. Aldığımız 1:1 nəticəsi bizim üçün çox əlverişlidir, lakin “Lill” komandası da bu gün qələbəyə köklənmişdi. Onlar əllərindən gələni etməliydilər ki, bu mərhələni keçsinlər. Bunun üçün ən güclü idmançılarını heyətə salmışdılar. Ancaq “Qəbələ”ylə bu gün bacarmadılar”.

Klub prezidenti qeyd edib ki, “Qəbələ” bu qələbə ilə kifayətlənməməlidir:

“Demək olmaz ki, “Qəbələ”nin çəkinəcəyi bir rəqib yoxdur. Çünki pley-offa çatmış komandalar hər halda öz güclərini göstəriblər. Komanda istirahətdən sonra növbəti qələbələrə köklənməlidir. Bu gün qələbədə azarkeşlərin rolu çox böyük oldu. Jurnalistlərə öz təşəkkürümü bildirirəm ki, onları stadiona dəvət etdilər. 12-ci oyunçu azarkeşlər idi. Fikrimcə, builki heyətimiz daha yaxşı nəticə göstərməyə borcludur. “Qarabağ” çox güclü rəqibdir. Çətin olacaq, amma əlimizdən gələni edəcəyik ki, çempion olaq”.

Tale Heydərov ölkədə yerli oyunçuların azlığından da şikayətlənib:

“Bu, bizim ən böyük problemimizdir. Mən deyərdim ki, yerli futbolçuların kifayət qədər olmaması Azərbaycan futbolunda çatışmayan cəhətdir. Bizim akademiya bu yolda kifayət qədər işlər görür”.

O, əlavə edib ki, bu gün futbolçular meydançada nə qədər özləri üçün oynayırdılarsa, bir o qədər də Cavid Hüseynov üçün oynayıblar.
OXŞAR XƏBƏRLƏR