Taleh Bağırzadə ilə bağlı məhkəmə - QƏRARI

Taleh Bağırzadə ilə bağlı məhkəmə -  QƏRARI
Bütün Xəbərlər
15:28 02.12.2015
9568
Bu gün Bakı Apellyasiya Məhkəməsində “Müsəlman birliyi hərəkatı” adlı təşkilatın sədri Taleh Bağırov barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair məhkəmə qərarından apellyasiya şikayəti üzrə məhkəmə keçirilib.
Hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən iclasda T.Bağırovun apellyasiya şikayəti təmin edilməyib.
Güclü təhlükəsizlik tədbirlərinin görüldüyü prosesdə T.Bağırzadə özü də iştirak edib.
Qeyd edək ki, T.Bağırov noyabrın 26-da Nardaran qəsəbəsində polisin keçirdiyi əməliyyat zamanı tutulub. Onun barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.
///report
OXŞAR XƏBƏRLƏR