Mən Azərbaycan Prezidenti İlham Əliyevi hər hansı maddi və siyasi umacaq qarşısında deyil, təmmənna ilə deyil, səmimiyyətimlə müdafiə edirəm. Nəcib Fazil demiş:
"İnsandır sanıyordum mukaddes yüke hamal.Hamallık ki, sonunda, ne rütbe var, ne de mal"AZXEBER.COM-un məlumatına görə, bu sözləri 16 saylı Yasamal seçki dairəsindən deputatlığa namizəd Taleh Şahsuvarlı yazıb.
O bildirib ki, bundan sonra Prezident İlham Əliyevi dəstəkləməyə davam edəcək:
"Azərbaycanın müqəddəs yükünün daşıyıcısı olaraq mandatsız da, mənsəbsiz də doğru bildiyim yolda fəaliyyətimi davam etdirəcəm. 16 saylı Yasamal II Seçki Dairəsindən mandat sahibi olmamağım nə dostları məyus etsin, nə də "5-ci kolon"u sevindirsin. Təmsilçisi olduğum Prezident İlham Əliyevin hakimiyyətinin müdafiə xəttindən bir qarış da olsa geri çəkilməyəcəm. Seçki bitdi, sosial təkamül prosesimiz davam edir. Siyasi sabitlik qorunmalı, iqtisadi tərəqqimizdə fasilə olmamalıdır. Bu çətin mərhələdə potensialı, siyasi hazırlığı, kommunikativliyi Prezident İlham Əliyevin hakimiyyətini müdafiə etməyə yetərli olan bütün səsvermə qaliblərini təbrik edirəm!"Qeyd edək ki, ilkin nəticələrə görə bu dairədən deputat Aytən Mustafayeva seçilib.