"Taliban" əfqan qadınların işlədiyi bütün QHT-lərin bağlanacağını bəyan edib

DÜNYA
19:22 30.12.2024
245
"Taliban" Əfqanıstanda qadınların işlədiyi bütün milli və xarici qeyri-hökumət təşkilatlarının (QHT) bağlanacağını bəyan edib.

Bu, onların QHT-lərə əfqan qadınları işə götürməyi qadağan etməsindən iki il sonra baş verir.

"Taliban" iddia edirlər ki, qadınlar İslam baş örtüyünü düzgün taxmırlar.

İqtisadiyyat Nazirliyi xəbərdarlıq edib ki, yeni əmrə riayət edilməməsi Əfqanıstanda fəaliyyət lisenziyasının ləğvinə səbəb olacaq.

Nazirlik bütün milli və xarici təşkilatların fəaliyyətinin qeydiyyatı, əlaqələndirilməsi, rəhbərliyi və nəzarətinə cavabdeh olduğunu bildirib.

"Əməkdaşlıq olmadığı təqdirdə müəssisənin bütün fəaliyyəti dayandırılacaq və nazirlik tərəfindən verilmiş lisenziya ləğv ediləcək", - bəyanatda qeyd edilib.
 
///report

OXŞAR XƏBƏRLƏR