Bunlardan biri də Türkiyənin “Show tv” kanalında yayımlanan “ Yetənək sizsiniz Türkiyə” adlı layihənin “Atv” (Azad Azərbaycan)-nin efirində yenicə start götürmüş “Tanıdım səni” layihəsidir.
İlk olaraq qeyd edim ki, bu layihənin keçirilməsində məqsəd Azərbaycanın regionlarını qarış-qarış gəzib bölgələrdə olan istedadlı gəncləri geniş auditoriyaya tanıtmaqdır. Sözün düzü bu məqaləni yazmaqda məqsədim, nə Atv telekanalını nə də ki, “ “Tanıdım səni” verlişini reklam etməkdir. Axı “Atv” özünə ən baxımlı kanal deyir, onların belə şeyə ehtiyacları yoxdur. Bu gün AZXEBER.com portalında oxudum ki, “Aprelin 16-da Atv-nin "Tanıdım səni" verilişi Gəncədə olub və Gəncə SOS Uşaq Kəndinin uşaqlarının çıxışını izləyib. Münsiflər heyəti uşaqların çıxışını bəyənib və onlara "hə" deyib. Veriliş 22 aprel tarixində efirə gedib. Çıxışlarını həyəcanla gözləyən uşaqlar verilişi sonadək izləyiblər amma özlərini görə bilməyiblər.”
Adını ən baxımlı kanal qoyan “Atv” kanalına sualım var. Kiminsə hissləri ilə oynamaqdadırmı sizin baxımlılığınız? Uşaqları ekran qarşısına təhkim edib sonra qəlbi qırıq uşağı incidirsənsə, sən heç vaxt birinci ola bilmərsən.
Razıyam ki, bu tip verilişlərin hazırlanması gənclərimizin maariflənməsində, istedadlı gənclərin tanınmasında böyük rol oynayır. Amma ki, kiminsə hissləri ilə oynamaq və ya sınmış qəlbləri incitmək məntiqli deyil. Əminəm ki, nə Türkiyənin “Şhow tv”-si, nə də ki, digər televiziya kanalları bu tip hadisələrin baş verməsini qəbul etməzlər. Amma ATV...
Əziz ən baxımlı kanal “Atv” üzümə sizə tutub deyirəm. İstər efir xətrinə, istərsə də böyük tamaşaçı auditoriyası qazanmaq üçün heç bir kəsin kimsəsiz uşaqları incitməyə haqqı yoxdur. Əgər siz bu uşaqları efirə verməyəcəkdizsə, niyə bəs onlara “hə” deyirdiniz? Deyəsən, verilişin aparıcısı Zaur bəy buradaki, “hə” ilə “Onun yarısındakı” “hə”ni səhv salıb. Bildirmək istərdim ki, “Onun yarısı”na 18 yaşından yüksək insanlar qoşulmuşdusa buradakı uşaqlar isə kiçik və gələcəyə daha ümüdlə baxanlardır.
Qeyd edim ki, 23 aprel Türkiyədə Milli suverenlik və uşaq bayramı günü kimi qeyd olunur. Deyəsən, bu hərəkət də ATV-nin uşaqlara hədiyyəsi idi. Sizi əmin edirəm ki, uşaqlar bu “hədiyyə”ni heç vaxt unutmayacaqlar.
Sahil NAĞIZADƏ