Tanınmış Azərbaycan müğənnisi dodaqlarına silikon qoydurdu
ŞOU-BİZNES
10:10 26.05.2011
1803
Bir sözlə, məclislərdə, dəvət aldığı məkanlarda cəmiyyət arasına çıxmaqdan çəkinmirdi. Buna baxmayaraq, tez-tez səhhətində nasazlıq yaranırdı. Məhz bu üzdən o, həyatını təhlükədən qorumaq qərarına gəldi və məqsədinə də sonda nail ola bildi. Beləcə, düz üç il ərzində on kilolarla arıqladı. Hazırda isə cəmi-cümlətanı 48 kilodur. Söhbət Elmira Ələkbərzadədən gedir.
Bir ayağı Amerikada, digəri Azərbaycanda olan müğənni haqda yeni bir xəbərimiz var. Burnuna qarşı kompleksi olan Emma burun əməliyyatından qorxsa da, deyəsən, dodaqlarına silikon qoydurmaqdan heç də çəkinməyib. Bəli, E.Ələkbərzadə də bir çox həm kişi, həm də qadın həmkarları kimi dodaqlarına silikon qoydurub. Onu da nəzərinizə çatdırım ki, bu plastik əməliyyat məhz yerli klinikaların birində baş tutub.