Tanınmış Azərbaycan qadınları 8 Martı necə qeyd edir?

Tanınmış Azərbaycan qadınları 8 Martı necə qeyd edir?
MARAQLI
09:02 08.03.2011
1137

Bu gün 8 Mart – Beynəlxalq Qadınlar Günüdür. ANS PRESS olaraq ölkənin üzdə olan qadınlarının bu günü necə keçirəcəkləri ilə maraqlandıq.

Firəngiz Əlizadə - Bəstəkarlar İttifaqının sədri, xalq artisti:

İlk növbədə başda ölkəmizin I xanımı Mehriban Əliyeva olmaq şərti ilə bütün Azərbaycan qadınlarını təbrik edirəm! Bütün qadınlara xoşbəxtlik, can sağlığı, uzun ömür və musiqi ilə dolu günlər arzulayıram. O ki, qaldı 8 Martı harada keçirəcəyimə… 

Budəfəki 8 Martı məşqlərdə keçirəcəyəm. Fevralın 14-ü növbəti muğam festivalı start götürür. Həmin festivalın hazırlıqları gərgin şəkildə davam edir. 8 Martda da məşqlərdə olacağam. 

Amalya Pənahova xalq artisti, Bakı Bələdiyyə Teatrının direktoru və bədii rəhbəri:

Təbrikə görə sağ olun. Mən də bütün Azərbaycan və dünya xanımlarını 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edirəm. Qadınlara səadət, sabaha ümid və xoşbəxtlik arzulayıram. 

Budəfəki 8 Martı bayram əhval-ruhiyyəsi ilə keçirməyəcəm. Bildiyiniz kimi həyat yoldaşım rəhmətə gedib. Ona görə də bayram keçirmək həvəsində deyiləm. 

Aygün Səmədzadə bəstəkar, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü: 

Azərbaycanın bütün qadınlarını, analarını, ağbirçəklərini təbrik edirəm. Onlara xoşbəxtlik, uğurlar arzulayıram. 

Bu günü evdə, ailəmlə birgə keçirəcəyəm.

Nərmin Kazımova şahmatçı,18 yaşlılar arasında Dünya çempionu:

Bütün qadınları təbrik edirəm. Onlara hər şeyin ən yaxşısını arzulayıram. 

Özümə gəldikdə isə 8 Martı evdə, ailəmlə birlikdə qeyd edəcəyəm". 

Gülər Əhmədova millət vəkili: 8 Martı evdə uşaqlarım, ailəmlə birlikdə qeyd edəcəyəm. Azərbaycan qadınlarını 8 Mart münasibətilə təbrik edirəm. Onlara qadın xoşbəxtliyi və sağlam həyat arzulayıram. Düşünürəm ki, bu, onlar üçün ən böyük hədiyyə olardı. 

Tənzilə Rüstəmxanlı, Azəri Türk Qadınlar Birliyinin sədri: 

Mən millətimin bütün qadınlarını 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edirəm. Azərbaycan qadınının üzünün gülümsəməsini arzulayıram. Azərbaycan kişisinin Qarabağ problemini həll edərək Azərbaycan qadınına hədiyyə etməsini arzu edirəm. Düşünürəm ki, yalnız bununla oğlu, həyat yoldaşı şəhid olan Azərbaycan qadınının ürəyi bir qədər sərinlik tapa bilər. 

8 Martı Azəri Türk Qadınlar Birliyinin üzvləri ilə birlikdə keçirəcəyəm.

Fəridə Bəhramova, Yasamal rayon prokurorunun köməkçisi: 

Martın 8-də bayram günü ilə əlaqədar olaraq yarım iş günü çalışacağam. Həmin gün növbətçi olduğum üçün işdəyəm. Bununla belə anamı və qayınanamı mütləq təbrik edəcəyəm.

 

OXŞAR XƏBƏRLƏR