AZXEBER.COM xəbər portalının “ANSA" agentliyinə istinadən verdiyi xəbərə görə, "Kamorra" ləqəbi ilə tanınan Cuzeppe Del Akvila İtaliyanın Neapol şəhərində polis tərəfindən saxlanılıb. İtaliya Daxili İşlər Nazirliyinin məlumatına görə həbs olunan mafia lideri, yüzdən çox insanın ölümündə, quldurluqda ittiham olunur. Qeyd edək ki, 2002-ci ildən axtarışda olan Del Akvila İtaliyanın ən təhlükəli mafiozu hesab olunur. O, "Kamorrı" - Kontini və Mallardo klanlarının başçısıdır və İtaliyadaən böyük mafia şəbəkəsinə malikdir.